...

Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının növbəti iclasının tarixi açıqlanıb

Siyasət Materials 28 Noyabr 2013 16:18 (UTC +04:00)
Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Şurasının növbəti iclası dekabrın 9-da Brüsseldə baş tutacaq
Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının növbəti iclasının tarixi açıqlanıb

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir S.Əhmədova/

Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Şurasının növbəti iclası dekabrın 9-da Brüsseldə baş tutacaq. Bu barədə Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyindən bildiriblər.

İclas zamanı Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunacaq.

Qeyd edək ki, Aİ və Azərbaycan arasında danışıqlar Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərliyi altında aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti