...

Bəşir Atalay: Türkiyədə məhkəmə sistemi öz etibarını itirir

Siyasət Materials 14 Aprel 2014 10:10 (UTC +04:00)
Türkiyədə məhkəmə sisteminə olan etibar günü-gündən azalmaqdadır. Bunu Baş nazirin müavini Bəşir Atalay deyib.
Bəşir Atalay: Türkiyədə məhkəmə sistemi öz etibarını itirir

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə məhkəmə sisteminə olan etibar günü-gündən azalmaqdadır. Bunu Baş nazirin müavini Bəşir Atalay deyib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Kanal24" telekanalı xəbər yayıb.

Atalay qeyd edib ki, müstəqil qurumlar tərəfindən aparılan son sorğular məhkəmə sisteminə olan etibarın 45%-dən az olduğunu göstərir: "Vətəndaşların 55%-i hesab edir ki, məhkəmə qərarları ədalətli şəkildə verilmir".

Baş nazirin müavini qeyd edib ki, sorğu nəticəsində o da bəlli olub ki, ölkə əhalisinin 60%-i hakimiyyətin bir çox sahələrdə apardığı siyasətə inamla yanaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti