...

Bəşir Atalay: Türkiyə Prezidenti siyasi səhnədən getməməlidir

Siyasət Materials 2 İyun 2014 10:24 (UTC +04:00)
Türkiyə Prezidentini siyasi səhnədən getməməsinə və prezident seçkilərindən sonra Ədalət və İnkişaf Partiyasının (AKP) başında durmasına inandırmaq lazımdır.
Bəşir Atalay: Türkiyə Prezidenti siyasi səhnədən getməməlidir

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Prezidentini siyasi səhnədən getməməsinə və prezident seçkilərindən sonra Ədalət və İnkişaf Partiyasının (AKP) başında durmasına inandırmaq lazımdır. Trend-in məlumatına görə, bunu Türkiyə Baş nazirinin müavini Bəşir Atalay "Haber7" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Türkiyə Prezidenti güclü şəxsiyyət olacaq, lakin Ədalət və İnkişaf Partiyasının başında da güclü fiqur dayanmalıdır.

B.Atalay həmçinin qeyd edib ki, böyük ehtimalla Türkiyə Prezidenti vəzifəsinə ölkə Baş nazirinin namizədliyi irəli sürüləcək.

Bundan əvvəl Türkiyə Prezidenti Abdullah Gül gələcəklə bağlı siyasi planlarının olmadığını bildirmişdi.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri bu il avqustun 10-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti