...

Bəşir Atalay: Aİ Ankara qarşısında siyasi maneələr yaradır

Siyasət Materials 25 İyun 2014 09:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/

Avropa İttifaqı (Aİ) Ankaranın bu struktura daxil olması yolunda siyasi maneələr yaradır. Trend Türkiyənin "Milliyət" qəzetinə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini Bəşir Atalay bildirib.

Onun sözlərinə görə, belə siyasi maneələrdən biri Şimali Kipr məsələsidir, bu məsələ Aİ nümayəndələri ilə demək olar ki, hər görüşdə müzakirə edilir.

B.Atalay qeyd edib ki, Ankara ölkədə bütün sahələrdə islahatları davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti