...

Bəşir Atalay: Abdullah Gülün qayıdışı ilə Türkiyədə hakim partiyanın rolu artacaq

Siyasət Materials 12 Avqust 2014 12:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının rolu Abdullah Gülün qayıdışı ilə artacaq. Bunu Baş nazirin müavini Bəşir Atalay bəyan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Haber7" telekanalı xəbər yayıb.

Onun sözlərinə görə, A.Gül Ədalət və İnkişaf Partiyasının möhkəmlənməsi və güclənməsində az əmək sərf etməyib.

Dünən Türkiyənin fəaliyyətdə olan Prezidenti Abdullah Gül hakim Ədalət və İnkişaf Partiyasına qayıtmaq niyyətində olduğunu bildirib. A.Gülün sözlərinə əsasən, o, hakim partiyada digər vəzifələrdə siyasi fəaliyyətini davam etdirəcək.

Daha əvvəl yayılan məlumatlarda isə bildirilirdi ki, A.Gül səlahiyyət müddəti başa çatdıqdan sonra siyasi arenadan gedəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti