...

İranın Xorasane Rəzəvi əyalətinin rəhbəri Azərbaycanda səfərdədir

Siyasət Materials 9 Sentyabr 2014 12:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir Ümid Niayeş/

İranın Xorasane Rəzəvi əyalətinin rəhbəri Əlirza Rəşidiyan Bakıya üçgünlük rəsmi səfərə gəlib.

Ə.Rəşidiyan Trend-ə açıqlamasında bildirib ki, səfərdə məqsəd Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri zamanı əldə edilən razılaşmalara dair və ikitərəfli munasibətlərin gücləndirilməsi barədə müzakirələrin aparılmasıdır: "İran əyalətləri ilə Azərbaycan Respublikasının bölgələri arasında qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi barədə qərar qəbul olunub. Səfərin də məqsədi Xorasane Rəzəvi əyaləti ilə Azərbaycan bölgələrindən birinin əməkdaşlığına nail olmaqdan ibarətdir".

Əyalət rəhbəri əməkdaşlığın Azərbaycanın hansı bölgəsi ilə qurulacağını dəqiqləşdirməyib: "Şəxsən mən Xorasane Rəzəvi əyalətinin mərkəzi Məşhədlə Bakı arasında əməkdaşlıq muqaviləsi imzalanacağına ümid edirəm. Bakı əhalisinin qədim dövrlərdən Məşhədlə əlaqələri olub. Onlardan bəziləri bu şəhərdə kök salıblar və ticarət sahəsində uğurlu fəaliyyət göstəriblər".

Ə.Rəşidiyan qarşılıqlı əməkdaşlığın ticarət, mədəniyyət və təhsil sahələrini əhatə edəcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti