...

XİN rəhbəri: Avstriya və Azərbaycan yaxşı tərəfdaş ola bilər

Siyasət Materials 11 Sentyabr 2014 22:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir Səba Ağayeva/

Avstriya və Azərbaycan yaxşı tərəfdaş ola bilər. Bunu Avstriyanın xarici işlər naziri Sebastian Kurts Elmar Məmmədyarovla görüşün sonunda keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, ölkələr arasında münasibətlər yaxşı səviyyədədir və onların inkişafı üçün perspektivlər mövcuddur.

"Biz mənim həmkarımla müxtəlif məsələləri, həmçinin Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. İnanıram ki, tərəflər sülh danışıqları yolu ilə münaqişəni nizama salmağı bacaracaq", - Kurts qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti