...

Azərbaycan və Tacikistan fövqəladə hallar sahəsində əməkdaşlığı müzakirə ediblər

Siyasət Materials 8 Oktyabr 2014 15:58 (UTC +04:00)
Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov Düşənbədə bu ölkənin Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin sədri Xayriddin Abdurahimovla görüşüb.
Azərbaycan və Tacikistan fövqəladə hallar sahəsində əməkdaşlığı müzakirə ediblər

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov Düşənbədə bu ölkənin Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin sədri Xayriddin Abdurahimovla görüşüb.

Trend-in Avesta.tj-yə istinadən verdiyi məlumata görə, görüş zamanı iki ölkə arasında fövqəladə hallar sahəsində cari məsələlər və əməkdaşlığın perspektivləri müzakirə olunub.

Məlumata görə, tərəflər fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində təcrübə mübadiləsi üzrə qarşılıqlı əlaqələrin qurulmasına dair fikir mübadiləsi aparıblar.

A.Həsənov qeyd edib ki, Azərbaycan kadrların hazırlanması və fövqəladə hallar sahəsində Tacikistana hərtərəfli kömək göstərməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti