Tacikistanda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş mərasim keçirilib (FOTO)

Tacikistanda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş mərasim keçirilib (FOTO)

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Bu gün Azərbaycanın Tacikistandakı səfirliyində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anma mərasimi keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, toplantının keçirildiyi "Heydər Əliyev muzeyi"ndə ulu öndərin və Azərbaycan Prezidenti İlham Əliyevin portretləri, Azərbaycanın və Tacikistanın Dövlət bayraqları, ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotoşəkillər, bununla yanaşı, səfirliyin foyesində tacik, ingilis, rus və Azərbaycan dillərində hazırlanmış press-relizlər, Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü ilə tacik dilinə tərcümə edilib nəşr olunmuş, yazıçı-publisist, millət vəkili Elmira Axundovanın "Heydər Əliyev. Şəxsiyyət və Zaman", eləcə də Nikolay Zinkoviçin "Həyatın keşməkeşləri" kitabları, "Baku" jurnalının nüsxələri nümayiş etdirilərək paylanılıb.

Bununla yanaşı, səfirlik tərəfindən hazırlanmış ulu öndər haqqında "Payomi Dushanbe" qəzetində dərc edilmiş məqalə tədbir iştirakçılarının diqqətinə təqdim edilib.

Mərasimdə Tacikistanın dövlət və hökumət nümayəndələri, nazirlik və komitələrin rəhbərləri, Milli Məclisin deputatları, həmçinin keçmiş xarici işlər naziri Xamroxon Zarifi, Tacikistan Xarici İşlər Nazirliyinin əməkdaşları, ölkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların başçıları, elm, mədəniyyət, təhsil ocaqlarının nümayəndələri, siyasi partiyaların rəhbərləri, bununla yanaşı, yerli və xarici kütləvi informasiya vasitələrinin təmsilçiləri, Tacikistanda daimi və ya müvəqqəti yaşayan azərbaycanlılar, səfirliyimizlə sıx təmasda olan bir sıra yerli təşkilatların nümayəndələri iştirak ediblər.

Səfir Abbasəli Həsənov və qonaqlar səfirliyin həyətində ulu öndər Heydər Əliyevin büstünün önünə tər güllərlə bəzədilmiş əklil qoyublar.

Mərasim ulu öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra A.Konçalovskinin ümummilli lider Heydər Əliyev haqqında çəkdiyi "Бремя власти" filminin 12/12-ci hissəsi nümayiş etdirilib.

Toplantıda A.Həsənov çıxış edərək müasir Azərbaycanın qurucusu və memarı ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib: "Azərbaycan xalqı xoşbəxt xalqdır. Ona görə ki, Heydər Əliyev kimi lideri olub. O, Azərbaycanda vətəndaş müharibəsinin qarşısını alıb, Azərbaycan dövlətini məhv olmaqdan xilas edib və gələcək inkişafını təmin edən neft strategiyasını qurub. Azərbaycanın digər bir xoşbəxtliyi ondan ibarətdir ki, Heydər Əliyevdən sonra İlham Əliyev Prezident oldu və atasının siyasətini uğurla davam etdirdi. Bu uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan dünyanın ən sürətli inkişaf edən bir ölkəsinə çevrilib".

Tacikistanın keçmiş xarici işlər naziri X.Zarifi öz çıxışında bu ilin oktyabr ayında Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etdiyini və Azərbaycanın 23 il ərzində inanılmaz dərəcədə inkişafının şahidi olduğunu qeyd edib: "Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən və müdrik siyasətin nəticəsində Azərbaycan inkişaf etmiş iqtisadiyyata malik, stabil gələcəyə doğru inamla addımlayan güclü və müstəqil dövlətə çevrilib".

Azərbaycan-Tacikistan Parlamentlərarası Dostluq Qrupunun sədri Ubaydullo Davlatov bildirib ki, Heydər Əliyevin şəxsiyyətində bir milli lider kimi ən yaxşı xüsusiyyətlər cəmlənib: rasionallıq, müdriklik, qətiyyətlilik və siyasi uzaqgörənlik, realizm və yenilik, insanpərvərlik və xeyirxahlıq.

Qırğızıstan səfir N.Miroslav çıxışında bildirib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 30 il ərzində həmişə xalqını və dövlətini düşünüb: "O, əsl milli liderdir. Azərbaycan bu çətin iqtisadi təlatümlər keçən dövrdə nadir inkişaf yolu ilə gedən dövlətlərdəndir. Azərbaycanın dinamik inkişafı Prezident İlham Əliyevin atası kimi müdrik və uzaqgörən olduğunu göstərir".

ÇXR-in Tacikistandakı səfiri Fan Syancun çıxışında 1994-cü ildə Heydər Əliyevin Çinə rəsmi səfərini xatırladaraq, bu dövrdən başlayaraq Azərbaycanla Çin arasında münasibətlərin əsaslı şəkildə dəyişdiyini və inkişaf etdiyini bildirib: "Çində belə bir məsələ var: suyu içəndə gərək su quyusunu qazana həmişə minnətdar olasan. Heydər Əliyev Azərbaycan xalqını dünyaya tanıtdı və ölkəsini dünya ölkələri arasında çox yüksək pilləyə qaldırdı".

Qeyd edək ki, anma mərasimi barədə hazırlanmış reportaj "Caxonnamo", "Poytaxt" televiziya kanallarında efirə verilib.

Bununla yanaşı, məşhur kinorejissor A.Konçalovskinin ulu öndər haqqında çəkdiyi "Bremya Vlasti" filmi səfirliyin təşəbbüsü və sifarişi ilə dekabrın 12-də Tacikistanın "Poytaxt" telekanalının efirində nümayiş etdirilib.

Azərbaycanda 40-dan çox dövlət obyekti hərraca çıxarılır
Azərbaycanda 40-dan çox dövlət obyekti hərraca çıxarılır
Azərbaycanda kompüter istehsalı artıb
Azərbaycanda kompüter istehsalı artıb
Qablaşdırma istehsalında istifadə edilən plastik materiallar daha çirkləndirici xammaldır - İnstitut
Qablaşdırma istehsalında istifadə edilən plastik materiallar daha çirkləndirici xammaldır - İnstitut
Loading Bars
Xəbər lenti
Noyabrın 29-dan etibarən yağış, qar gözlənilir - Xəbərdarlıq
UNEC-də Virtual laboratoriyalar yaradılıb
Sabahın hava proqnozu açıqlanıb
Xarkovdakı azərbaycanlılar erməni vandalizminə etiraz ediblər
Bu müəllimlərin köməkçiləri olacaq - Qanuna dəyişiklik
Almaniyanın hakim koalisiyası Berlinin Qarabağ məsələsində iştirakını təklif edir
Qafqaz Jurnalistləri Şəbəkəsi yaradılacaq
Azərbaycanda 40-dan çox dövlət obyekti hərraca çıxarılır
Koronavirusa yoluxan deputat sağaldı
Bakıda əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
Putinin ənənəvi mətbuat konfransı dekabrın 17-də keçiriləcək
Anar Kərimov beynəlxalq təşkilatları Ermənistanın islam irsinə qarşı vandalizmini sərt pisləməyə çağırıb
Azərbaycanda göz xəstəliyindən əziyyət çəkənlərin sayı 3 dəfəyə yaxın artıb
Azərbaycanda kompüter istehsalı artıb
Fransa Senatının qərəzli qətnaməsi Qarabağ münaqişəsinin 30 il uzanmasının bəzi qaranlıq məqamlarına aydınlıq gətirir
Yol polisi sürücülərə xəbərdarlıq etdi
Qablaşdırma istehsalında istifadə edilən plastik materiallar daha çirkləndirici xammaldır - İnstitut
Türkiyə Ombudsmanı Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri barədə xüsusi hesabat hazırlayıb
Polis itkin düşən şəxsi taparaq ailəsinə təhvil verib
Rusiyada koronavirusa rekord sayda yoluxma qeydə alındı
Milli Qəhrəman Allahverdi Bağırovun zabit qızları atasının Ağdamdakı məzarını ziyarət etdi (VİDEO)
Azər Türk Bank əhalinin özünüməşğulluq proqramına dəstəyini davam etdirir
Nazirlik 2,5 milyon manatlıq avtomobil alır
Qubadlıda Şərq çinarları əkildi, tut bağı salındı (FOTO)
Daşkəsəndə 24 yaşlı qızın müəmmalı qətli ilə bağlı məhkəmə başlayır
Bakı-Minsk marşrutu üzrə birbaşa reyslər bərpa olunur
Azərbaycan nefti ucuzlaşdı
Ermənistanın nə düşünülmüş iqtisadi siyasəti var, nə də gələcəyə hesablanmış planları - Deputat
Bakıda marşrut avtobuslarının dezinfeksiyasına nəzarət gücləndirildi
Ermənistanda hökuməti nağıl danışmaqda ittiham elədi - Nazir təyin olundu
Fransa Senatının absurd qətnaməsi beynəlxalq hüququ heçə saymağın əyani sübutudur - Pərvin Kərimzadə
OPEC+ sazişinə görə 3 yataq 2 illik konservasiyaya qoyulub
ATƏT Qarabağda bundan sonra hansı rol oynaya bilər? - Təşkilatdan açıqlama (ÖZƏL)
Masallı və Cəlilabadda 5 koronavirus xəstəsi saxlanılıb (FOTO)
Bakı Ali Neft Məktəbi və Tallinn Texnologiya Universiteti arasında müqavilə imzalanıb
“Ziraat Bank Azərbaycan”dan özünüməşğulluq proqramına daha bir dəstək (FOTO)
Bu il Azərbaycanda 408 min ton kerosin istehsal olunub
İsmayıllıda karantin rejimini pozan avtomobil ustaları cərimələndi
Qubada polis bir gündə yaşayış yerini tərk edən 3 koronavirus xəstəsi aşkarladı
Ağsunun icra başçısı ölməyib, vəziyyəti ağırdır - Xəstəxana
DGK Akademiyası ilə İspaniyanın Fiskal Araşdırmalar İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)
Müharibədən sonra yaranmış yeni situasiyada milli kimlik (FOTO)
Anbarlara 2 milyon kubmetr qaz vurulub - SOCAR
Fransa Dağlıq Qarabağ münaqişəsini yenidən alovlandırmağa çalışır - Deputat
Bakı sakini küçədə qətlə yetirildi
AQTA koronavirusla bağlı ictimai iaşə müəssisələrinin sahiblərinə çağırış edib
Samuxda evi tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib (FOTO)
Samsung Jet ™ tozsoranı ilə maksimum rahatlıqla mükəmməl təmizlik (FOTO)
Ağdam, Füzuli və Xankəndi aerodromları beynəlxalq coğrafi koordinat indeksləri siyahısına daxil edildi
Daha bir koronavirus xəstəsi küçədə saxlanıldı
Yoluxma sayı artdıqca ağır vəziyyətdə olan xəstələrin də sayı artır - Xəbərdarlıq
Azərbaycanda tikinti materiallarının istehsalı ilə bağlı son vəziyyət açıqlandı
FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər (FOTO/VİDEO)
Fransa senatorlarının erməni təəssübkeşliyinin motivləri deşifrə olundu
Azərbaycan və İtaliya XİN rəhbərləri bölgədəki son vəziyyəti müzakirə ediblər
Noyabrın 27-də xarici valyutaların manata qarşı məzənnələri
Qazaxıstanda koronavirusa yoluxanların sayı 130 minə çatır
Senatın qətnaməsi Fransanın Cənubi Qafqazdakı maraqlarına zərbədir - Vüsal Qasımlı
Almaniyada koronavirusa yoluxanların sayı 1 milyon nəfəri ötüb
"Barselona"nın stadionuna Messinin adı verilə bilər
Bakıda və regionlarda kreditləşmə artıb - Statistika
Britaniyada bir gündə koronavirusa 17 555 yoluxma qeydə alınıb
Tramp Ağ Evi hansı halda tərk edəcəyini açıqladı
Meksika Senatı prezidentin toxunulmazlığının ləğv edilməsini təsdiqləyib
İbrahimoviç İsveç yığmasına qayıda bilər
S-500 HHM sistemləri 2021-ci ildə hazır olacaq
Dünya Bankı koronavirusla mübarizə üçün Ukraynaya 100 milyon dollar ayıracaq
İtailyada koronavirusa yoluxanların sayı 1,5 milyonu ötüb
Kanadada atışma baş verib, ölən və yaralananlar var
Moskvada koronavirusdan daha 77 nəfər ölüb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 577 mindən çox artıb
Paris qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır - XİN
UEFA Avropa Liqası: "Qarabağ" qrup mərhələsində növbəti matçını keçirib
Türkiyədə koronavirusdan sağalanların sayı 388 mini keçib
Bitkoinin qiyməti kəskin şəkildə düşüb
"Euronews" erməni işğalından azad edilmiş Ağdamdan süjet hazırlayıb (VİDEO)
Ermənistanda rusiyalı hərbçinin meyiti tapılıb
"Belavia" Bakıdan Minskə uçuşları bərpa edir
Çavuşoğlu və Stoltenberq Dağlıq Qarabağı müzakirə ediblər
Sağlamlıq imkanları məhdud şəxslər həmyaşıdları ilə birlikdə oxuyacaqlar - Deputat
Azərbaycan gimnastları Kiyevdə Avropa Çempionatının finalına çıxıb
“ADY Express” Astara terminalında aşırılan yükün həcmini artırıb
Rəqəmsal ödəmələr nə üçün önəmlidir?
Mingəçevir Dövlət Universitetində tədris prosesi uğurla davam etdirilir
Fransa senatının qətnaməsi qərəzlidir - Deputat
Dünya Bankı Azərbaycanda kənd təsərrüfatı layihəsinin müddətini uzadıb
Mətbuat Şurası Fransanın kütləvi informasiya vasitələrinə müraciət edib
Baş Prokurorluğun "Facebook" səhifəsi rəsmi olaraq mavi nişan ilə təsdiqlənib
Koronavirusla bağlı aparılan testlərin bitməsi barədə məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Azərbaycan Fransaya nota verib
Müasir həllərin inteqrasiyası onlayn satışların artmasına yol açıb
Aİİ-də Vasim Məmmədəliyevin xatirəsinə həsr olunmuş respublika elmi konfransı panellərlə davam edib (FOTO)
Kəlbəcərin danışıqlar masasında geri qayıtarılması diplomatik qələbənin də bizimlə olduğunu göstərir - Deputat
Üç “hər şey” siyasəti və ya Ermənistanın “yandırılmış torpaq” taktikası (FOTO)
Rusiya Müsəlmanlarının Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri Prezident İlham Əliyevi təbrik edib
Daha 3 şirkət Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti olub
Ermənistan parlamentində dava (VİDEO)
20 obyektdə epidemiya əleyhinə rejim pozulub - Nazirlik
Maliyyə Nazirliyi 170 min manatdan çox məbləğdə müqavilə imzalayıb
Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov
Bütün xəbərlər