Azərbaycan, Bakı, 3 yanvar /Trend, müxbir İlkin İzzət/
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, yanvar ayının 5-dən 9-dək Almaniyanın Oberammerqau şəhərində NATO Qərargah zabitləri üçün tanışlıq kursu keçiriləcək.
Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.