Bakı. Anaxanım Hidayətova - Trend:
Latviya və Azərbaycan arasında siyasi və iqtisadi səviyyədə çox yaxşı münasibətlər var. Trend-in məlumatına görə, bunu Bakıda mətbuat konfransında Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs deyib.
Diplomat, həmçinin iki ölkənin liderləri arasında yaxşı şəxsi münasibətlərin olduğunu qeyd edib: "Bu da bir çox sahələrdə Azərbaycan və Latviya arasında əlaqələrin inkişafına xidmət edir".
Y.Maklakovs əlavə edib ki, Latviya bundan sonra da Azərbaycanla əməkdaşlığı dərinləşdirmək niyyətindədir.