Heydər Əliyev Mərkəzində "Xocalıya Ədalət" Beynəlxalq Kampaniyası çərçivəsində anım tədbiri keçirilib (FOTO)

Heydər Əliyev Mərkəzində "Xocalıya Ədalət" Beynəlxalq Kampaniyası çərçivəsində anım tədbiri keçirilib (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə təsis edilmiş "Xocalıya Ədalət" Beynəlxalq Kampaniyası çərçivəsində fevralın 26-da Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan anım mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbir çərçivəsində Heydər Əliyev Mərkəzində ölkənin tanınmış rəssamları, heykəltəraşları, eləcə də Rəssamlıq Akademiyasının tələbə və məzunlarının Xocalı faciəsini əks etdirən əsərlərindən ibarət sərgi təşkil olunub.

Anım tədbirində iştirak edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, ictimai-siyasi xadimlər, Xocalı soyqırımı zamanı yaxınlarını itirmiş sakinlər sərgi ilə tanış olublar.

Sərgidə dünya şöhrətli fransalı heykəltəraş-rəssam, azərbaycanlıların soyqırımına həsr olunmuş 70 əsərin müəllifi olan Reno Vansan Balsanjenin (Renaud Vincent Baltzinger) Xocalı soyqırımına həsr etdiyi "Bəyaz əsər" adlı kompozisiyası da təqdim olunub. Əsərdə qətlə yetirilmiş Xocalı sakinləri - qadın və onun ətrafında uşaqlar təsvir olunur. Əsər bir tərəfdən anaya olan sevgi və hörməti, digər tərəfdən isə Vətənə-Azərbaycana bağlılığı, onun azadlığı, müstəqilliyi və bölünməzliyi uğrunda mübarizəyə hazırlığı təcəssüm etdirir.

Sərgi ilə tanışlıqdan sonra tədbir iştirakçıları Xocalı faciəsində qətlə yetirilmiş soydaşlarımızın xatirəsini bir dəqiqəlik sukutla yad ediblər.

Anım mərasimində çıxış edən heykəltəraş-rəssam Reno Vansan Balsanje Xocalı hadisələri barədə Fransanın Azərbaycandakı səfirliyində çalışmış qardaşı vasitəsilə xəbər tutduğunu bildirdi.

Onun sözlərinə görə, gözəl Azərbaycanla tanışlığı da məhz qardaşının sayəsində mümkün olub.

Fransalı sənətkar qeyd edib ki, Xocalı faciəsini daha dərindən araşdırdıqdan sonra öz təəssürat və hisslərini nümayiş olunan əsərdə ifadə edib: "Mən Xocalıda qətlə yetirilən 613 qurbanı xatırlayıram. Onlar alçaq və qorxaqcasına qətlə yetirilib. Bu gün soyqırım qurbanlarının yad edilməsi ilə bağlı Azərbaycana gəlmişəm. Mən Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə yaratdım. Bu abidəni Azərbaycan xalqına, iki övladıma həsr etmişəm".

Heykəltəraş əlavə edib ki, Xocalı faciəsini əsl kütləvi cinayət adlandırmaq olar. Onun sözlərinə görə, beynəlxalq aləmin bu hadisəyə layiqli qiymətini verməyərək susması qəbuledilməzdir: "O insanlar alçaq şəkildə qətlə yetirilib. Bu gün Daqlıq Qarabaq azad deyilsə, azərbaycanlılar üçün bu vəziyyət qəbul edilə bilməz".

Daha sonra Xocalı sakini Ceyran Əzizova çıxış edərək Ermənistan silahlı birləşmələrinin törətdiyi amansızlıqlardan söz açıb.

O bildirib ki, Xocalı faciəsi zamanı həyat yoldaşı da daxil olmaqla, 74 qohumunu itirib: "Bu gün bu zalda əyləşənlər arasında həmin faciə zamanı ata-anasını itirən 25 nəfər də var. Onların arasında mənim qohumlarım da var. Bu faciə zamanı 26 yaşım olub, ancaq illər ötsə də, bu faciəni, onun dəhşətli izlərini unutmaq olmaz".

C.Əzizova dövlətin onlara göstərdiyi qayğıdan da razılıq edərək deyib ki, dövlətin göstərdiyi dəstək sayəsində bu gün özünü kimsəsiz saymır.

Xocalı soyqırımının ilk şahidlərindən olan və soyqırımda qətl edilmiş insanların meyitlərini götürmək üçün əraziyə uçan vertolyotu idarə etmiş ukraynalı pilot Leonid Kravets bildirib ki, Xocalı faciəsindən sonra qətlə yetirilmiş insanları öz gözləri ilə görüb və bu dəhşətli anları yaşayıb.

Faciədən sonra Xocalıya azərbaycanlı jurnalist Cingiz Mustafayevin, xarici jurnalistlərin çəkiliş qruplarını aparmaq üçün səfər etdiyini deyən Leonid Kravets Xocalı faciəsini əsl dəhşət adlandırıb: "Biz çoxlu insan meyitləri gördük. Mülki əhali - qadınlar, qocalar, uşaqlar qətlə yetirilmişdilər. Bu, şok hadisə idi, buna inanmaq çətin idi. Dəhşət o idi ki, mülki insanlar qətlə yetirilmişdi. Onların gecə vaxtı alcaqcasına, vəhşiliklə qətlə yetirilməsi ağlasığmaz idi. Məndən tez-tez soruşurlar ki, həmin vaxt nə hisslər keçirirdin? Şok hisslər. Həmin insanlar üzü Ağdama tərəf qaçırdılar. O insanlar cəmi 2 km məsafəni də qət etsəydilər, bəlkə də sağ qalardılar".

Xocalı soyqırımını XX əsrin ən böyük faciələrindən biri sayan pilot qeyd edib ki, dünyanın bu hadisəyə qiymət verməməsi çox təəssüfedici haldır: "Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar özlərini kar, kor, bu barədə məlumatı olmayan kimi aparırlar".

Daha sonra "Xocalıya Ədalət" Beynəlxalq Kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu tərəfindən çəkilmiş "Cəhənnəmi görmüş pilot" sənədli filmi nümayiş olunub. Filmdə Xocalı soyqırımının ilk şahidlərindən olan və soyqırımında qətl edilmiş insanların meyitlərini götürmək üçün əraziyə uçan vertolyotu idarə etmiş ukraynalı pilot Leonid Kravets gördüyü dəhşətləri təsvir edir.

Tədbirdə "Xocalıya Ədalət" Beynəlxalq Kampaniyası çərçivəsində 2008-ci ildən etibarən görülmüş işlər barədə məlumat verilib. Bildirilib ki, "Xocalıya Ədalət" Beynəlxalq Kampaniyası Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması, faciə zamanı zərərçəkmiş şəxslərə təzminat verilməsinə nail olunması, cinayətkarların məsuliyyətə cəlb olunması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində işlər aparır.

Tədbirdə "Xocalıya Ədalət" Beynəlxalq Kampaniyasının yeni istifadəyə verilmiş saytının da təqdimatı olub. Qeyd edilib ki, Kampaniyanın saytı Xocalı hadisələri ilə bağlı məlumatların, ilkin mənbəyə əsaslanan tarixi faktların, şahid ifadələrinin, nəşr və kitabların, eləcə də soyqırım zamanı çəkilmiş foto və video materialların toplandığı geniş resurs mənbəyi olmaqla yanaşı, həm də internet istifadəçilərinin kampaniyanın gedişatında iştirakına imkan yaradan interaktiv platformadır.

Tədbirin sonunda Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin ifasında soyqırıma həsr olunmuş musiqi proqramı təqdim olunub.

"Baku Book Center"də “Bir ömür belə keçdi” kitabının təqdimatı keçirilib (FOTO)
"Baku Book Center"də “Bir ömür belə keçdi” kitabının təqdimatı keçirilib (FOTO)
Neft milyonçusu Murtuza Muxtarovun qətli ilə bağlı bədii-sənədli film hazırlanıb (FOTO/VİDEO)
Neft milyonçusu Murtuza Muxtarovun qətli ilə bağlı bədii-sənədli film hazırlanıb (FOTO/VİDEO)
Azərbaycan xalçaçıları peşə bayramını qeyd edirlər (FOTO)
Azərbaycan xalçaçıları peşə bayramını qeyd edirlər (FOTO)
Loading Bars
Xəbər lenti
Məlumatlandırıcı vebinarda KOB-ların və startapların sualları cavablandırılıb
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müzakirəsinə həsr olunmuş növbəti iclas keçirilib
Mingəçevir Dövlət Universitetinin rektoru şəhid ailəsini ziyarət edib (FOTO)
Mayın 8-nə USD/AZN rəsmi məzənnəsi
Bakı küçələrinin birinə Polad Həşimovun adı verilib
Qeyri-sabit hava şəraiti ilə bağlı sahibkarlara xəbərdarlıq edilib
Daha bir hərbi qulluqçumuzun şəhid olması müəyyən edildi
Hindistanın Bakıdakı Səfirliyi Sanskrit dilini öyrənmək üçün ‘Little Guru’ adlı yeni tətbiqi təqdim etdi (FOTO)
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası mühüm qərarlar qəbul edib (FOTO)
Bakıda qanunsuz aksiya keçirməyə cəhd edilənlərdən saxlanılan yoxdur - DİN
Estoniyada NATO-nun genişmiqyaslı təlimləri keçiriləcək
Gələcəkdə beynəlxalq səfərlərin bərpası üsulunu tapa biləcəyik - Aİ nümayəndəsi
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 1854 nəfər COVID-19-dan sağalıb, 722 nəfər yoluxub, 15 nəfər vəfat edib
Prezident İlham Əliyevin BBC-yə müsahibəsi 3 milyon baxışı keçib (VİDEO)
Vətən müharibəsi qəhrəmanları üçün imtiyazlarla bağlı qanun layihələri plenar iclasa tövsiyə olundu
"Qatar Airways" Dohadan Bakıya uçuşları bərpa edir
Astarada qadını evində qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Dünya Bankı Azərbaycanda yol layihəsi üçün kredit ayırmağı planlaşdırır
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək
Milli Gimnastika Arenasında indiyə qədər gördüyüm ən gözəl şərait yaradılıb - Özbəkistan gimnastı
Satınalan təşkilatların nümayəndələri ilə növbəti onlayn görüş keçirilib
AHİK-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyi ilə əlaqədar tədbir keçirilib (FOTO)
Kreditini Yelo Bank-a gətir, daha az ödə
Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxslər həbs olunub - DTX (VİDEO)
“Yüksəliş” müsabiqəsi yarımfinal mərhələsinə hazırlaşır
Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş sərgi keçirilib (FOTO)
Xalq şairi Musa Yaqub vəfat edib
Həbsdə olan polkovnik azadlığa buraxıldı
Bakı Slavyan Universitetində onlayn formada "İki əsrin lideri" adlı tədbir keçirilib (FOTO)
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib (FOTO)
"British Airways" bu il 1 milyard avro itirib
Ermənistanda keçmiş hərbçi casusluqda ittiham olunur
Abşeronda ruhanilər və ağsaqqallarla görüş keçirilib
Bakıda kimsəsiz uşaqlar tibbi müayinədən keçirilib (FOTO)
Azərbaycan XİN Fransa və Kanadaya cavab verib
Ağsuda həmkəndlisini güllələyən şəxsin işi məhkəməyə göndərilib
Şuşanın mədəniyyət paytaxtı elan edilməsi böyük əhəmiyyət daşıyır - Deputat
Azərbaycanda idmanın inkişafı istiqamətində aparılan uğurlu dövlət siyasəti öz səmərəli bəhrəsini verir - İsmayıl İsmayılov
Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılması planlaşdırılır - Müdafiə Nazirliyi
Koronavirusa qarşı təkrar peyvəndin vurulması ilə bağlı alimdən AÇIQLAMA
Dünya Kubokunda bütün gimnastlara məşq üçün lazımi qədər vaxt verilib - Yunanıstan gimnastı
Buraxılış imtahanları ilə bağlı apelyasiya komissiyasına müraciət qaydaları açıqlanıb
İranda koronavirusdan ölənlərin sayı 74 mini keçib
Payızlıq əkinlər üçün gübrələrin səyyar satışından 8000-ə yaxın fermer yararlanıb (FOTO)
Qarabağda əkinə başlanılması kənd təsərrüfatı məhsullarının ucuzlaşmasına səbəb olacaq
Müəllimlərin işə qəbulu ilə bağlı apellyasiya müsahibələri keçirilir
Suraxanıda qəsəbədaxili küçələr təmir edilir (FOTO)
Sabah Bakıda 20, rayonlarda 27 dərəcəyədək isti olacaq
Bakıda yarışlarda iştirak etmək həyəcanlı və xoşdur - Polşa gimnastı
Şuşada DOST Mərkəzinin filialı açılacaq - RƏSMİ
Arif Quliyev "Qurd qapısı" qəbiristanlığında dəfn edilib (ƏLAVƏ OLUNUB-2)
Xəzər dənizində zəlzələ olub
Odlar Yurdu Universitetinə ağır itki üz verib
ETSN "Azərsu”nu dənizi çirkləndirdiyi üçün məhkəməyə verib
BTQ Gürcüstan və Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verir - Baş direktor (FOTO)
Azərbaycanda koronavirusdan sağalma və ölüm faizi açıqlanıb
“Kimya və Kimya mühəndisliyində dayanıqlı inkişaf” konfransının qalibləri mükafatlandırılıb (FOTO)
Pilot Rəşad Atakişiyevə şəhid statusu verilib
Universitetdə struktur dəyişikliyi edilib
Mənşəyi məlum olmayan 200 kq heyvan cəmdəyi aşkarlanıb (FOTO)
Kanada XİN Azərbaycanın 3 ermənini azad etməsini alqışlayır
“AccessBank”da yeni təyinat olub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan Gimnastika Federasiyası növbəti dəfə bizi qüsursuz təşkilatçılığı ilə təəccübləndirə bildi - Misir gimnastı
Agentlik qazilərin protezlə təminatında problemin olması ilə bağlı məlumatlara münasibət bildirib
Azərbaycanda Hindistan ştammına rast gəlinməyib - TƏBİB
Heydər Əliyev Liderliyinin qalibiyyət və zəfər rəmzi!
Hökməli bələdiyyəsinin işçisi cəzalandırıldı (FOTO)
İtkin düşən kapitanın şəhid olduğu müəyyənləşdi
Qırğızıstanda damba uçuldu - Mindən çox sakin təxliyə olundu
“Petkim” istehsal gücünü 92%-ə çatdırıb
Ağdaşda sexdə fəhlənin qolu dəzgaha düşüb qopdu
Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib - SƏRƏNCAM
Fevralda yoluxma sayının azalması tibb işçilərinin əməkhaqqına təsir edib - Agentlik
Bayram namazı kütləvi şəkildə qılınmayacaq - Hacı Şahin Həsənli
Qoşqarçayda naməlum qadın meyiti tapılıb
Ötən gün ölkədə 19 yanğın olub, 3 nəfər xilas edilib
Ermənistanın mina xəritələrini verməməsi beynəlxalq hüquqda müharibə cinayəti kimi tanınmalıdır - Hüquq elmləri doktoru
Xalq artisti Arif Quliyevlə vida mərasimi keçirilir (FOTO/VİDEO)
Hadrut qəsəbəsi fasiləsiz içməli su ilə təmin olunub
Şuşaya yeni su kəmərinin tikintisinə başlanılıb
Küçədə daha 3 koronavirus xəstəsi aşkarlandı
Bakıda yeni avtobus dayanacaqları və nizamlanan piyada keçidi yaradılıb (FOTO)
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Gömrük Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)
13 min manatlıq kabel oğurlayan şəxslər saxlanıldı (FOTO)
Qadın sahibkarlar üçün biznes təlimləri keçirilib (VİDEO)
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun birinci günü başlayıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Qarşıdakı aylarda toylarla bağlı müəyyən standartlar formalaşacaq - Rəşad Mahmudov
Daha 3 qazimiz əməliyyat olundu (FOTO)
AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub (FOTO/VİDEO)
Bakıda kütləvi davada qətl törədən dəstənin istintaqı başa çatdı
Keçmiş nazir müavininin cinayət işi məhkəməyə göndərildi
Ucarda mikroavtobusla evakuator toqquşub
Bu ölkələrdə koronavirusa yoluxdurmağa görə külli miqdarda cərimə kəsiləcək
Azərbaycanın Ro-Pax tipli gəmi-bərəsi ilk səfərinə çıxıb (FOTO)
Bakıda binadan başına daş düşən yeniyetmənin ölümü ilə bağlı cinayət işi başlandı
Mayın 7-də xarici valyutaların manata qarşı məzənnələri
Qazaxıstanda koronavirusa daha 2 840 nəfər yoluxub
Bütün xəbərlər