Bakı. Elmira Tariverdiyeva - Trend:
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün nə zaman real addımlar atılacaq və Azərbaycan vətəndaşlarının həyat təhlükəsizliyi təmin olunacaq?
Trend-in məlumaıtna görə, bu sual Fransanın “Islam News France” müsəlman nəşrindəki məqalədə səsləndirilib.
Məqalədə vurğulanıb ki, heç bir millət, heç bir lobbi erməni vəhşiliklərini dəstəkləyə bilməz.
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.