...

Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında idmançı və məşqçilər üçün ən yüksək nəticələrə görə mükafatlar müəyyən edilib

Siyasət Materials 30 Oktyabr 2018 19:00 (UTC +04:00)
Prezident İlham Əliyev sərəncam imzalayıb.
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında idmançı və məşqçilər üçün ən yüksək nəticələrə görə mükafatlar müəyyən edilib

Bakı. Trend:

Prezident İlham Əliyev Argentina Respublikasının Buenos–Ayres şəhərində keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün Milli Olimpiya Komitəsinin mükafatlarının məbləği aşağıdakı qaydada müəyyən edilsin:

- Birinci yeri tutan hər bir idmançıya 25 min manat, onun məşqçisinə isə 12 min 500 manat

- İkinci yeri tutan hər bir idmançıya 15 min manat, onun məşqçisinə isə 7 min 500 manat

- Üçüncü yeri tutan hər bir idmançıya 10 min manat, onun məşqçisinə isə 5 min manat

- Komandanın baş məşqçisinə idman növü üzrə ən yüksək nailiyyət göstərmiş idmançıya görə şəxsi məşqçisinin aldığı məbləğ qədər (bir dəfə).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti