Prezident İlham Əliyev: Sosial müavinətlər çox əhəmiyyətli dərəcədə artırılacaq

Prezident İlham Əliyev: Sosial müavinətlər çox əhəmiyyətli dərəcədə artırılacaq

Bakı. Trend:

Sosial müavinətlər çox əhəmiyyətli dərəcədə artırılacaq. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib ki, ilin birinci ayının sosial-iqtisadi göstəriciləri deməyə əsas verir ki, aparılan islahatlar öz gözəl nəticələrini verir: "2018-ci il dərin iqtisadi islahatlar ili olmuşdur, xüsusilə prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə təkan verilmişdir. 2017-ci il isə iqtisadi sabitləşmə ili idi. Biz 2017-ci ildə iqtisadi sabitliklə bağlı çox önəmli addımlar atmışıq. Bu, bizə imkan verdi ki, 2018-ci ildə çox ciddi islahatlara başlayaq və islahatlar özünü göstərir. Əgər bu ilin yanvar ayının yekunlarına nəzər salsaq görərik ki, iqtisadi artım, yəni, ümumi daxili məhsulun artımı təxminən 3 faiz təşkil edir. Son 2-3 il ərzində bu, ən yüksək göstəricidir və onu göstərir ki, 2019-cu ildə Azərbaycanda iqtisadi artım yüksək templərlə təmin ediləcək və davam etdiriləcək".

Prezident vurğulayıb ki, son illər ərzində apardığımız uğurlu sənayeləşmə siyasəti öz nəticələrini göstərir: "Bu ilin birinci ayında qeyri-neft sektorunda sənaye istehsalı təxminən 14 faiz artmışdır. Hesab edirəm ki, bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir, bəlkə də birincisidir və onu göstərir ki, sənaye istehsalı sahəsində aparılan işlər, qəbul edilmiş qərarlar bu gün real nəticələrə gətirib çıxarır.

İqtisadi, makroiqtisadi vəziyyət sabitdir, manatın məzənnəsi bir ildən çoxdur ki, sabit olaraq qalır, inflyasiya ən aşağı səviyyədədir. Yəni, bütün bunlar görülmüş işlər nəticəsində mümkün olub və bir daha onu göstərir ki, sosial və iqtisadi islahatlara alternativ yoxdur. 2019-cu ilin sonrakı aylarında da çox ciddi islahatlar aparılacaq və dərinləşdiriləcək ki, ölkəmizin hər bir sahəsində inkişaf, tərəqqi olsun, vətəndaşlar daha da yaxşı yaşasınlar.

Yanvar ayında Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində apardığım danışıqlar, görüşlər bir daha onu göstərir ki, ölkə iqtisadiyyatına böyük biznes tərəfindən çox böyük maraq var. Azərbaycan ilə əməkdaşlıq etmək istəyən, investisiya qoymaq istəyən şirkətlərin sayı artır və növbəti illər üçün xarici sərmayəni qeyri-neft sektoruna cəlbetmə məsələləri prioritet təşkil edəcəkdir. Eyni zamanda, Davosda aparıcı beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə də görüşlərim onu göstərir ki, Azərbaycanda aparılan islahatlara çox böyük maraq var və bu islahatlara çox yüksək qiymət verilir. Biz dünyanın aparıcı beynəlxalq maliyyə qurumları – Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı ilə çox səmərəli, işgüzar əməkdaşlıq aparırıq. Dünyanın bu aparıcı maliyyə qurumlarının yüksək vəzifəli nümayəndələri bu yaxınlarda Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısında iştirak etmişlər və əminəm ki, bizim bu qurumlarla əməkdaşlığımız gələcəkdə də çox uğurlu olacaqdır.

Yanvar ayında regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramı qəbul edildi, üçüncü proqrama yekun vuruldu. Üçüncü proqram artıqlaması ilə icra edilmişdir. Qarşımızda duran bütün vəzifələr icra olunmuşdur. Beləliklə, son 5 il ərzində, xüsusilə bölgələrdə və Bakı şəhərində böyük infrastruktur layihələri icra edilmişdir. Beş ilə hesablanan dördüncü proqram bizə imkan verəcək ki, bu günə qədər görə bilmədiyimiz işləri, layihələri yerinə yetirək və bu gün icra olunan layihələri başa çatdıraq.

Aparılan ciddi iqtisadi islahatlar, şəffaflıqla bağlı görülən işlər büdcə daxilolmalarına da müsbət təsir göstərmişdir. Bildirməliyəm ki, təkcə ilin birinci ayında daxilolmalar kəskin artmışdır. Vergi orqanları plandan əlavə 80 milyon manatdan çox vəsait toplamışlar. Gömrük orqanları isə plandan əlavə 20 milyon manatdan çox vəsait toplamışlar və ümumi daxilolmalar 105 milyon manat artmışdır, təkcə bir ay ərzində. Bu, nəyi göstərir? Onu göstərir ki, bu sahədə aparılan islahatlar, şəffaflıqla bağlı atılan addımlar öz nəticəsini verir. Bu gün islahatların dərinləşməsi üçün çox gözəl şərait yaradılıbdır".

Azərbaycan Prezidenti onu da bildirib ki, bu ilin birinci ayında Dövlət Neft Fondunun gəlirləri də əhəmiyyətli dərəcədə artıb: "Bizim maliyyə vəziyyətimiz yaxşılaşır, sabit olaraq qalır və bu, əlbəttə, bizə imkan verir ki, əlavə gəlirləri, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəldək. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm. Hələ keçən ilin sonunda bildirmişəm və bu ilin əvvəlində demişəm ki, biz əlavə gəlirləri, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəltməliyik. Çünki bu, bizim üçün prioritet məsələdir, vətəndaşların sosial rifahının yaxşılaşdırılması ən başlıca vəzifəmizdir. Bu istiqamətdə artıq bir çox ciddi addımlar atılıb və atılacaq. Ümumiyyətlə, bildirmək istəyirəm ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır.

Hələ keçən ilin dekabr ayında hərbçilər üçün inşa edilmiş yeni binanın açılışı zamanı bildirmişdim ki, şəhid ailələrinin sosial məsələləri öz həllini tapacaq. Bildiyiniz kimi, prezident seçkilərindən sonra imzaladığım ilk Fərman şəhidlərin vərəsələrinə veriləcək 11 min manat ödənişlə bağlı idi. Siyahılar dəqiqləşdirilirdi və ilkin təhlil onu göstərmişdir ki, təqribən 9500 şəhid ailəsinə ödəmələr veriləcəkdir. Ancaq sonra dəqiqləşmə aparıldı. Dekabr ayında mən bildirdim ki, dəqiqləşmə nəticəsində bu rəqəm artacaq və artdı. Hazırda 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödəniş edilir və bu ilin sonuna qədər bu proqram tam icra olunacaqdır. Bununla paralel olaraq, şəhid ailələri ilə görüşdə onlar məsələ qaldırdılar ki, müavinətlər də artsın. Dərhal Fərman imzalandı və bu müavinət 242 manatdan 300 manata artırıldı. maddi imkanlarımız artdıqca, əlbəttə ki, daim bu məsələ diqqət mərkəzində olacaqdır. Bu yaxınlarda Əfqanıstan veteranlarının müavinəti də artdı - 220 manatdan 300 manata qalxmışdır. Bu da ədalətli yanaşmadır. Bir sözlə, bütün bu məsələlərlə bağlı biz ardıcıl olaraq öz siyasətimizi aparırıq. Maddi imkanlarımız artdıqca, ilk növbədə, bu məsələləri həll edirik.

Məcburi köçkünlərlə bağlı bu il çox geniş inşaat proqramları icra ediləcək. Əgər keçən il 5900 köçkün ailəsi üçün mənzillər, evlər tikilmişdirsə, bu il 6 mindən 7 minə qədər köçkün ailəsi yeni mənzillərlə, evlərlə təmin ediləcək. Müvafiq göstərişlər verildi. Həm bölgələrdə, həm Bakı şəhərində, Sumqayıt şəhərində bu proqram icra ediləcəkdir.

Şəhid ailələri üçün bu il 800 mənzil alınıb onlara veriləcək. Keçən il 626 mənzil verilmişdir. Yəni, iki il ərzində 1400-dən çox mənzil şəhid ailələrinə veriləcək. Bu günə qədər mənzil almayan bütün şəhid ailələri əminəm ki, növbəti illər ərzində, yaxın gələcəkdə mənzillərlə təmin ediləcəklər. Onu da bildirməliyəm ki, bu günə qədər 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillərlə, evlərlə təmin edilmişdir.

Bu il biz minimum əməkhaqqını əhəmiyyətli dərəcədə artırdıq - 38 faiz. Bu, böyük artımdır, 130 manatdan 180 manata qalxıbdır. Bu, 600 min insanı əhatə edir. Ancaq o da həqiqətdir ki, bu rəqəm bizi heç də razı sala bilməz. Ona görə müvafiq göstərişlər verildi ki, minimum əməkhaqqının gələcək artımı ilə bağlı təkliflər hazırlansın. İndi bunun maliyyə yükünü, əlbəttə ki, biz qiymətləndirməliyik. Əlbəttə ki, gələcəkdə minimum əməkhaqları və pensiyalar ardıcıl olaraq artırılacaq.

Minimum pensiyalarla bağlı çox ciddi qərar qəbul edildi. Minimum pensiyaların məbləği də təxminən 38 faiz, bir qədər çox artmışdır - 116 manatdan 160 manata qədər. Bu gün minimum pensiyanın səviyyəsinə görə Azərbaycan MDB məkanında ikinci yerdədir. Ancaq onu da bilməliyik ki, bu, son hədd deyil. Əlbəttə ki, əməkhaqlarının, pensiyaların artırılması gündəlikdə duran əsas məsələlərdən biridir. Minimum pensiyanın artırılması 223 min insanın pensiya təminatını yaxşılaşdıracaqdır.

Uzun illər ərzində vətəndaşları narahat edən problemlərdən biri də vaxtilə tikilmiş və hansısa səbəblərə görə rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli mənzillərin sənədləşməsi məsələsi idi. Biz bu məsələyə də son qoyduq. İmzaladığım Fərman əsasında artıq bu məsələ həll olunmuş hesab edilməlidir. Yaxın gələcəkdə müvafiq dövlət orqanları bütün sənədləşmə işlərini apararaq məsələnin həllini təmin edəcəklər. Dörd yüz çoxmənzilli binada təxminən 60 minə yaxın əhali yaşayır. O vətəndaşların ailə tərkibləri təqribən toplam 300-400 min arasıdır. Yəni, bu da çox ciddi addım idi. Biz bunu da həll etdik.

Tələbələrin təqaüdləri artırıldı. Təqribən 100 minə yaxın tələbənin təqaüdü artırıldı. Bu da çox ciddi sosial addımdır. Gələcəkdə yenə də artım nəzərdə tutulur.

Vətəndaşları narahat edən məsələlərdən biri də problemli kreditlərlə bağlıdır. Bu məsələ artıq neçə vaxtdır ki, müzakirə olunur. Hökumət üzvlərinə müvafiq göstərişlər verilmişdir. Keçən ildən başlayaraq çox fəal iş aparılır, təkliflər paketi hazırlanır. Bilirəm ki, Milli Məclisdə də bu məsələ müzakirə olunur. Müxtəlif təkliflər səsləndirilir. Əlbəttə, biz istəyirdik ki, bu məsələ ciddi ictimai diskussiyalara da səbəb olsun və buna nail olduq. Ancaq deyə bilərəm ki, bu məsələ ilə son mərhələdə işçi qrup çox ciddi məşğuldur. İki aydan çoxdur ki, təkliflər üzərində iş aparılır. Bu, o qədər də sadə məsələ deyil. Biz bu məsələni həll etməklə əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük. Bu, ilk növbədə, ciddi sosial təşəbbüs kimi qəbul edilməlidir".

Dövlət başçısı əlavə edib ki, bir neçə ay ərzində aparılan çox ciddi müzakirələr artıq nəticəyə gəlməyə şərait yaradır: "Ümid edirəm ki, biz bu təhlilin son mərhələsindəyik. Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq və Azərbaycan bu məsələnin həlli ilə bağlı da öz liderliyini göstərəcək və çox ciddi nümunə göstərəcək. Çünki biz bilirik ki, buna oxşar addımların atılması ilə bağlı bəzi ölkələrdə müvafiq qərarlar qəbul edilmişdir, ancaq onlar icra edilməmişdir. Yəni, burada xoş niyyətin olması əsas şərt deyil. Burada, əlbəttə ki, düzgün təhlilin aparılması və vətəndaşlar üçün ən məqbul variantın seçilməsidir. Əlbəttə ki, bizim buna maliyyə imkanlarımızın çatması məsələsi də ön plandadır. Bu gün, sadəcə olaraq, anons vermək istəyirəm ki, bu məsələ artıq yekunlaşmaq üzrədir".

Azərbaycan Prezidenti artıq bir neçə aydır ki, ciddi sosial paket üzərində iş aparıldığına da toxunub: "Bu sosial paketin ilk təzahürləri haqqında mən artıq bildirdim, minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi bütün böyük sosial paketin tərkib hissəsidir. Eyni zamanda, sosial müavinətlərlə bağlı olan məsələ də öz həllini tapacaq. Sosial müavinətlər çox əhəmiyyətli dərəcədə artırılacaq.

Yəni bütün bunlar – bu çox böyük proqram 500 mindən çox əhalini əhatə edəcək. Sadaladığım bütüm bu təşəbbüsləri əgər biz təhlil etsək, o cümlədən problemli kreditlərdən əziyyət çəkən vətəndaşların da sayını müəyyən etsək, təqribən 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq.

Bu, çox ciddi sosial paketdir. Bir daha demək istəyirəm ki, bu paketin reallaşması, ilk növbədə, bizim güclü siyasi iradəmizə söykənir. Çünki mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Eyni zamanda, bizim maliyyə imkanlarımız buna imkan verir. Maliyyə imkanlarımızı biz əldə etmişik, biz yaratmışıq. Məhz aparılan islahatlar nəticəsində bizim gəlirlərimiz, büdcə gəlirlərimiz artır, artacaq və artmalıdır. Ona görə bir daha demək istəyirəm ki, bizim iqtisadi inkişafımız sosial məsələlərin həlli ilə nə qədər bağlıdır. Bu da təbiidir. Bizdə güclü iradə, güclü sosial siyasət var. Eyni zamanda, elan edilmiş və icra edilən ciddi iqtisadi və sosial islahatlar bizə imkan verir ki, əlavə maliyyə resurslarını məhz vətəndaşların rifah halının yaxşılaşmasına yönəldək. Əminəm ki, 2019-cu il bütövlükdə ölkəmiz üçün uğurlu il olacaqdır. Azərbaycan 2019-cu ildə uğurlar və inkişaf yolu ilə gedəcəkdir”.

MDU-da “Rəqəmsal ödənişlərin tətbiqi yeni dövrün tələbidir” mövzusunda nəzəri-praktik seminar keçirilib (FOTO)
MDU-da “Rəqəmsal ödənişlərin tətbiqi yeni dövrün tələbidir” mövzusunda nəzəri-praktik seminar keçirilib (FOTO)
Bakı küçələri yenidən dezinfeksiya edilir
Bakı küçələri yenidən dezinfeksiya edilir
Tallində yaşayan soydaşlarımız Gəncə terroruna etiraz edib
Tallində yaşayan soydaşlarımız Gəncə terroruna etiraz edib
Loading Bars
Xəbər lenti
MDU-da “Rəqəmsal ödənişlərin tətbiqi yeni dövrün tələbidir” mövzusunda nəzəri-praktik seminar keçirilib (FOTO)
Bakıda yanğın olub
Bakı küçələri yenidən dezinfeksiya edilir
Bakıda minik avtomobili yanıb
Ermənistanın atdığı “Smerç” raketi yaşayış evinin həyətinə düşüb - Hikmət Hacıyev (VİDEO)
Düşmənin silah və sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarılıb - MN
Yaponiyada təxirə salınan olimpiadaya alınan biletlər geri ödəniləcək
ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarəsi qəzaya uğrayıb
Meksika mətbuatında Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı məqalə dərc olunub
Danimarka saat 22:00-dan sonra alkoqol satışını qadağan etdi
Ceyhun Bayramov ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri ilə Qarabağ münaqişəsini müzakirə edib
Fransada koronavirusa yoluxanların sayı milyonu keçdi
Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
Türkiyədə koronavirusdan sağalanların sayı 311,5 mini keçib
Cəbhəboyu ərazilərdə 200-dən çox partlamamış hərbi sursat və mərmi qalıqları aşkarlanıb
Bolqarıstanda Gəncə hadisələri nəticəsində həlak olmuş insanları yad etmək məqsədilə guşə yaradılıb (FOTO)
Moskvada koronavirusdan ölənlərin sayı 6 312-ə yüksəlib
Aviasiya zərbələri nəticəsində düşmənin artilleriya bölmələri və komanda məntəqəsi məhv edilib (VİDEO)
Ceyhun Bayramov ABŞ prezidentinin köməkçisi ilə görüşüb
Hikmət Hacıyev: Ermənistanın müharibə cinayətləri törətmiş rəhbərliyini bir daha xəbərdar edirik
Xocavənd və Füzuli istiqamətlərində düşmənin könüllü dəstələri məhv edilib (VİDEO)
Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir - MN
Arsenalımızda kifayət qədər zirehli texnikamız var - Müdafiə Nazirliyi
Paşinyan tərəfindən son dəqiqələrdə edilən cəhd qaçılmaz olanı dayandırmaq idi - Ceyhun Bayramov
Azərbaycan Ordusu Xankəndi və Xocavənd şəhərlərini atəşə tutmur - RƏSMİ
Azərbaycan xüsusi təyinatlılarının məhv edilməsi barədə Ermənistanın yaydığı məlumat xülyadır - MN
Ombudsman Aparatının nümayəndəsi Beynəlxalq Miqrasiya Təşkilatının onlayn tədbirində iştirak edib
Dağlıq Qarabağda referendum keçirilməsi ermənilərin son ümidi idi - Millət vəkili
Tramp Dağlıq Qarabağla bağlı danışıqlarda vasitəçi kimi iştirak etdiyini bildirib
Ermənistanın Azərbaycana hücumları danışıqları mənasız edir - Deputat
Tallində yaşayan soydaşlarımız Gəncə terroruna etiraz edib
Ermənistan Azərbaycana qarşı ekoloji terror həyata keçirir - ŞƏRH
Azərbaycan xalqı bu gün tarixin yeni səhifələrini yazır - Səfir
Paşinyanın münaqişəyə Rusiyanı cəlb etmək ümidləri puç oldu - Rusiyalı politoloq
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
Qondarma kriminal xunta rəhbərinin Putinə məktubu etik normalardan kənardır - Tural Gəncəliyev
Türkiyənin tanınmış media qurumlarının təmsilçiləri Dövlət Komitəsində olub
Dağlıq Qarabağda referendum ermənilər üçün sonuncu arzu ola bilər - Deputat
XİN-in İşlər idarəsinin sabiq müdirinin həbs qətimkan müddəti uzadılıb
Sumqayıt, Gəncə, Xırdalan və Mingəçevirdə binalarda yeraltı qaraj mərtəbəsinin tikintisi stimullaşdırılır
İran əhalisi azərbaycanlı qardaş və bacılarının sevincinə şərikdir - Səfir
Ermənistan tərəfinin İranın Azərbaycan mövqelərini artilleriya atəşinə tutması barədə yaydığı məlumat yalandır - MN
XİN Ceyhun Bayramovun ABŞ Dövlət katibi ilə görüşünə dair məlumat yaydı
Ədliyyə naziri Türkiyənin Baş Ombudsmanı ilə görüşüb
Dünya vəkillərinə müraciət olundu
Düşmənin vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdləri iflasa uğrayıb - Anar Eyvazov
İndi Ermənistan rəhbərliyi daha məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır - Deputat
Prezidentə yazırlar: Sizə çox güvənirik və hər bir qərarınızı dəstəkləyirik
Milli Məclisin Birinci vitse-spikeri Əli Hüseynli "Sahil Kərimli ilə Aktual" müəllif videolayihəsində (VİDEO)
Ermənistan hökuməti alman deputatların Dağlıq Qarabağa səfərindən təbliğat məqsədləri üçün istifadə edir - Almaniya portalı
Qoşqar Təhməzli Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Ombudsman Səbinə Əliyeva və Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç brifinq keçiriblər (FOTO)
Ermənistanın atdığı "Elbrus" raketi hədəfə dəqiq vurmaq imkanına malik deyil - Ekspert
Milli Məclisin Sədri Türkiyənin “Daily Sabah” nəşrinə müsahibə verib
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün Türkiyə mümkün olan hər şeyi edir - Ərdoğan
Vaşinqtonda Ceyhun Bayramovun Mayk Pompeo ilə görüşü keçirilib (FOTO)
Hitlerin nitqinin əlyazması hərracda 6 min avroya satılıb
Cəbrayıl rayonunun işğaldan azad edilən Minbaşılı kəndi (VİDEO)
Leonid Kuçma və Abraham Foksmandan Prezident İlham Əliyevə məktub gəlib
Ermənistan mülki obyektlərin içərisində raket qurğuları yerləşdirib - Litvalı jurnalist
Britaniya Lordlar Palatasının üzvü Ermənistanın Gəncəni atəşə tutmasını pisləyib
Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır - Deputat
Baş Prokurorluq erməni təxribatı nəticəsində ölən və yaralanan mülki şəxslərin statistikasını açıqladı
Bu ərazilərə giriş-çıxış dayandırılır - Nazirlər Kabineti
Prezident İlham Əliyev: Azərbaycan Ordusu Xocavəndin 2, Cəbrayılın 5, Zəngilanın 2 kəndini işğaldan azad edib
Prezident İlham Əliyev: Qubadlının Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri işğaldan azad edilib
Ermənistanın mülki Azərbaycan əhalisini raket atəşinə tutmasının nəticələri ilə bağlı faktaraşdırıcı missiya bəyanat yayıb
Ermənistanın dinc Azərbaycan əhalisini hədəfə alması cinayətdir - Özbəkistan səfiri
Oktyabrın 26-da manatın dollara qarşı məzənnəsi
Ermənistana hansı sanksiyalar tətbiq edilə bilər?
Biz böyük qayıdışın astanasındayıq
Sahibə Qafarova TV24 telekanalına müsahibə verib
Qarabağ və ətraf rayonlardakı məktəbdənkənar təhsil müəssisələrinin statistikası açıqlanıb
Naqif Həmzəyev: Erməni terrorundan zərər çəkən Gəncə sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə edilib
Azərbaycanın İranla sərhəd ərazilərin işğaldan azad olunması iki ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcək - Deputat
www.esgeremektub.az saytı ictimaiyyətə təqdim olunub (FOTO)
Düşmənin canlı qüvvəsi və zirehli texnikası məhv edilib (VİDEO)
Arutyunyan Putinə yalvardı: Döyüşləri dayandırın
Anglo Asian Mining Plc – Bəyanat
25 müəssisədə koronavirusla bağlı qaydaların pozulduğu aşkarlanıb
BMT-də ədalətsiz bəyanatın qəbul edilməməsi Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir
İranda 6 134 nəfər koronavirusa yoluxub
Türkiyə, Böyük Britaniya, İtaliya və Portuqaliyadan olan kinematoqraflar Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya məktub ünvanlayıb
İsrail Azərbaycana humanitar yardım göndərib (FOTO)
Ramin Quluzadə İran İslam Respublikasının səfirinə Ermənistanın təcavüzkar siyasəti barədə danışıb
"Le Figaro": Paşinyanın vəziyyəti ümidsizdir
İqtisadiyyat Nazirliyində Latviya ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub (FOTO)
İƏT Baş katibindən Azərbaycana dəstək
İnternetdə paylaşılan qeyri-rəsmi hərbi məlumatlar hərbçilərimizin həyatı üçün ciddi risklər yaradır - RƏY
İşğal olunmuş ərazilərdə 260 min hektar unikal meşə sahələri vəhşicəsinə istismar olunub
Pandemiya şəraitində sosial-iqtisadi məsələlər daim diqqət mərkəzində saxlanılır - Əli Əhmədov
Bakıda karantin qaydalarına əməl etməyən şəxslərə qarşı növbəti reyd keçirilib (FOTO)
İsrailin Azərbaycandakı Səfiri Mingəçevirdəki elektrik stansiyalarında olub (FOTO)
Ermənistan işğal etdiyi Azərbaycan ərazilərinə muzdlu döyüşçülər gətirib - QHT-lərin müraciəti
15 hoteldə koronavirusla bağlı tələblərin pozulması faktları aşkarlanıb
Döyüşlər bitənə qədər hərbi məlumatları paylaşmayaq - MM Sədr müavini müraciət etdi
Belçika mediasında Azərbaycanın haqlı mövqeyindən yazılıb
Hindistanın hakim partiyasının rəhbər üzvü Azərbaycana dəstək məktubu göndərib
Milli Qəhrəman Şükür Həmidovun adı Qubadlıda əbədiləşdiriləcək
Vətən yüklü müqəddəs mübarizədə ön cəbhədə döyüşən hərbçilərə ifadə etdiyimiz dəstək cəmiyyətimizin ümumi ruhunu nümayiş etdirir
Bütün xəbərlər