...

UNESKO nümayəndəsi: Bir sıra mədəniyyət abidələri artıq təhlükə altında deyil

Siyasət Materials 1 İyul 2019 16:32 (UTC +04:00)
İsrailin Vifleyem şəhərində İsa Məsih kilsəsi və Çilidəki qəbirüstü daşlar təhlükə altında olan Ümumdünya irs obyektləri siyahısından çıxarıla bilər
UNESKO nümayəndəsi: Bir sıra mədəniyyət abidələri artıq təhlükə altında deyil

Bakı. Sara İsrafilbəyova - Trend:

İsrailin Vifleyem şəhərində İsa Məsih kilsəsi və Çilidəki qəbirüstü daşlar təhlükə altında olan Ümumdünya irs obyektləri siyahısından çıxarıla bilər.

Trend-in məlumatına görə, bunu UNESKO Ümumdünya İrs Mərkəzinin direktoru xanım Mextild Rossler UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Bakıda keçirilən mətbuat konfransında deyib.

Direktor bildirib ki, bu abidələrin qorunması üçün İsrail və Çili hökumətlərinə zəruri yardım göstərilir.

Qeyd edək ki, 43-cü sessiyada xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, ümumilikdə 180-dək ölkədən 2500-dən çox iştirakçı qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti