...

Türk Şurasının Fəxri prezidenti statusu ilə bağlı Əsasnamə qəbul ediləcək

Siyasət Materials 6 Fevral 2020 13:13 (UTC +04:00)
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında Fəxri prezidentlə bağlı Əsasnamənin təsdiq edilməsi qərarına gəldik.
Türk Şurasının Fəxri prezidenti statusu ilə bağlı Əsasnamə qəbul ediləcək

Bakı. Elçin Mehdiyev – Trend:

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşündə Nursultan Nazarbayevə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Fəxri prezidenti statusu verilmişdi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında Fəxri prezidentlə bağlı Əsasnamənin təsdiq edilməsi qərarına gəldik.

Trend-in məlumatına görə, bunu bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər nazirləri Şurasının növbədənkənar iclasından sonra jurnalistlərə açıqlamasında Qazaxıstan Xarici İşlər naziri Muxtar Tleuberdi bildirib.

Muxtar Tleuberdi deyib ki, iclasda üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edildi: “Eyni zamanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ilə əməkdaşlıq etmək istəyən ölkələrlə bağlı məsələni diqqətdə saxladıq”.

Qeyd edək ki, fevralın 6-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Xarici İşlər nazirlərinin növbədənkənar iclası keçirilir.

Tədbirdə bir sıra məsələlər, o cümlədən təşkilata üzv olmayan ölkələrlə əməkdaşlıq müzakirə olunacaq.

İclasın yekunları ilə bağlı mətbuat konfransı keçiriləcək.

2019-cu ilin oktyabrın 13-14-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilib.

Oktyabrın 15-16-da isə Türk Şurasının 7-ci sammiti baş tutub. Sammitdə Özbəkistan quruma üzv qəbul olunub.

Xatırladaq ki, türk ölkələrini birləşdirən beynəlxalq təşkilat - Türk Şurası 2009-cu ilin oktyabrın 3-də Naxçıvanda yaradılıb. 25 avqust 2012-ci ildə Bişkekdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin daxil olduğu Türkdilli Ölkələrin Əməkdaşlığı Birliyinin (Türk Birliyinin) bayrağı qəbul edilib.

Xəbər lenti

Xəbər lenti