...

Türkiyə ilə Azərbaycan arasında viza ilə bağlı yeni sənəd təsdiq edildi

Siyasət Materials 1 Fevral 2021 12:46 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Türkiyə ilə Azərbaycan arasında viza ilə bağlı yeni sənəd təsdiq edilib.

Trend-in məlumatına görə, Milli Məclisin yaz sesiyasının bu gün keçirilən ilk iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, üçüncü ölkələrdən Azərbaycan və Türkiyəyə səyahət edən şəxslər üçün pasportlardan istifadə məcburi olacaq.

Sənəddə qeyd edilib ki, tərəflərin ərazilərindən üçüncü ölkələrə və üçüncü ölkələrdən tərəflərin ərazilərinə daxil olmaq üçün pasportların istifadə olunması məcburidir. Sazişin 1 və 2 saylı əlavələrində müəyyən olunmuş digər sərhədkeçmə sənədləri yalnız bir tərəfin ərazisindən digərinə birbaşa səyahətlər üçün istifadə edilir.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti