...

Bolqarıstanda səsvermə prosesini Azərbaycan deputatı da izləyir

Siyasət Materials 11 İyul 2021 14:01 (UTC +04:00)
Bolqarıstanda səsvermə prosesini Azərbaycan deputatı da izləyir

Bakı. Trend:

Bu gün yerli vaxtla saat 07:00-dan Bolqarıstanda növbədənkənar parlament seçkiləri ilə əlaqədar səsvermə prosesi başlayıb.

Trend-in məlumatına görə, Bolqarıstan vətəndaşları 46-cı Milli Məclisə (bir palatalı Parlamentə) nümayəndələri seçirlər.

10 ölkədən 3 min nümayəndə, o cümlədən 20-yə yaxın parlament üzvü və ATƏT-in əməkdaşları müşahidəçi qismində səsvermə prosesini izləyir. Azərbaycan Respublikasını Milli Məclisin deputatı Rauf Əliyev təmsil edir.

Seçkilər 20:00-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti