...

İsrail səfiri Azərbaycana başsağlığı verib

Siyasət Materials 30 Noyabr 2021 18:43 (UTC +04:00)
İsrail səfiri Azərbaycana başsağlığı verib

Bakı. Trend:

İsrailin Azərbaycandakı səfiri Corc Dik hərbi helikopterin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

Trend-in məlumatına görə, o, bu barədə öz "Twitter" səhifəsində yazıb.

“Xızıda baş vermiş faciəvi helikopter qəzası xəbəri bizi dərindən kədərləndirdi. Dualarımız həlak olanların ailələri ilədir. Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayırıq”, - deyə səfir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti