...

Azərbaycan və Türkiyə hakim partiyaları arasında əlaqələrin inkişafı müzakirə olunub (FOTO)

Siyasət Materials 7 Dekabr 2021 15:35 (UTC +04:00)
Azərbaycan və Türkiyə hakim partiyaları arasında əlaqələrin inkişafı müzakirə olunub (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.

Partiyadan Trend-ə verilən məlumata görə, səfər çərçivəsində dekabrın 7-də YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin birinci müavini Numan Kurtulmuş arasında görüş olub.

Görüş zamanı iki qardaş ölkənin hakim partiyaları arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində işlərin davamlılığı, növbəti perspektiv planlar müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti