...

Moskva Kiyevlə danışıqlarda sülh barədə danışmaq niyyətindədir - XİN

Siyasət Materials 27 Fevral 2022 16:54 (UTC +04:00)
Moskva Kiyevlə danışıqlarda sülh barədə danışmaq niyyətindədir - XİN

Bakı. Trend:

Rusiya Ukrayna ilə danışıqlar zamanı sülh məsələlərini müzakirə etmək niyyətindədir.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü jurnalistlərə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

"İlk növbədə, biz sülhdən danışacağıq, Ukraynaya sülh necə gələ bilər, 2014-cü ildə şahidi olduğumuz bütün hadisələrin təkrarlanmaması üçün nə etmək lazımdır?", - A.Rudenko bildirib.

Onun sözlərinə görə, Ukrayna Rusiya Federasiyası ilə danışıqlarda hansı səviyyədə təmsil olunacağını özü müəyyən etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti