...

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Siyasət Materials 16 May 2022 14:50 (UTC +04:00)
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend-in məlumatına görə, Nurdinjon İsmoilov ilk növbədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. Eyni zamanda, o, Özbəkistanın dövlət başçısının 28 May - Müstəqillik Günü ilə bağlı təbrik məktubunu Prezident İlham Əliyevə təqdim edib. Nurdinjon İsmoilov Şavkat Mirziyoyevin Prezident İlham Əliyevin Özbəkistana səfərini gözlədiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Özbəkistanın dövlət başçısına çatdırmağı xahiş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti