...

Fərid Əhmədov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunub

Siyasət Materials 24 May 2022 20:44 (UTC +04:00)
Fərid Əhmədov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunub

Bakı. Trend:

Prezident İlham Əliyev F.T.Əhmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti