...

Simonyan açıq-aşkar dünyanı irimiqyaslı aclıqla şantaj edir - Fransa XİN rəsmisi

Siyasət Materials 21 İyun 2022 15:37 (UTC +04:00)
Simonyan açıq-aşkar dünyanı irimiqyaslı aclıqla şantaj edir - Fransa XİN rəsmisi
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

"Russia Today" agentliyinin baş redaktoru Marqarita Simonyan açıq-aşkar aclıqla şantaj planını bəyan edir.

Trend-in məlumatına görə, bu barədə Fransa Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Ann-Kler Lejandr öz "Twitter" səhifəsində yazıb.

"Rusiyanın strategiyası irimiqyaslı aclıq yaratmaq və beynəlxalq ictimaiyyəti bununla barışmağa vadar etməkdir", - o yazıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Peterburq İqtisadi Forumunda çıxış edərkən M.Simonyan Moskvada "bütün ümid aclığadır" deyə bir zarafatın yarandığını demişdi.

"Nəzərdə tutulur ki, aclıq yaranacaq və onlar ağıllanıb sanksiyaları aradan qaldıracaqlar, ümimiyyətlə, bizimlə dostluq edəcək, çünki başa düşürlər ki, bizimlə dostluq etməmək mümkün deyil", - M.Simonyan demişdi.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti