Bakı. Trend:
Gürcüstanın Bakıdakı səfirliyinin binasında dövlət bayrağı endirilib.
Trend xəbər verir ki, Gürcüstan hökumətinin qərarına əsasən, iyulun 29-da Qudauridə baş vermiş və insan tələfatı ilə nəticələnən faciə ilə əlaqədar iyulun 30-u bu ölkədə matəm günü elan edilib.
Xatırladaq ki, iyulun 29-da Qudauridə sərhəd polisi helikopteri qəzaya uğrayıb. Hadisə nəticəsində səkkiz nəfər həlak olub.