...

İran prezidenti OANA-ya üzv olan informasiya agentliklərinin rəhbərləri ilə görüşüb (FOTO)

Siyasət Materials 25 Oktyabr 2022 12:34 (UTC +04:00)
İran prezidenti OANA-ya üzv olan informasiya agentliklərinin rəhbərləri ilə görüşüb (FOTO)

Bakı. Trend:

İran prezidenti İbrahim Rəisi bu gün Tehranda Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) 18-ci Baş Assambleyasında iştirak edən informasiya agentliklərinin rəhbərləri və rəsmi şəxsləri ilə görüşüb.

Trend-in məlumatına görə, görüş zamanı çıxış edən İ.Rəisi İranın beynəlxalq əməkdaşlığın genişləndirilməsi üzrə səyləri barədə danışıb, müasir dünyada KİV-lərin rolunu qeyd edib.

İran prezidenti dezinformasiya və feyk xəbərlərə qarşı mübarizənin vacibliyini vurğulayıb, assambleya iştirakçılarına uğurlar arzulayıb.

İştirakçılar qonaqpərvərliyə görə İran prezidentinə təşəkkür edib.

4 gün davam edəcək sammitdə 20-dən çox ölkədən böyük informasiya agentliklərinin nümayəndələri, eləcə də bir sıra beynəlxalq təşkilatların rəhbərləri iştirak edir. Sammitdə həmçinin Trend BİA-nın baş redaktoru Emin Əliyev iştirak edir.

OANA 1961-ci ildə UNESCO-nun təşəbbüsü ilə yaradılıb. Hazırda təşkilata Asiya və Sakit Okean regionunun 33 ölkəsindən 44 agentlik daxildir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti