...

Trend BİA ABŞ Senatına və Konqresinə seçkiləri işıqlandıracaq - İştirakçıların siyahısı

Siyasət Materials 30 Oktyabr 2022 21:21 (UTC +04:00)
Trend BİA ABŞ Senatına və Konqresinə seçkiləri işıqlandıracaq - İştirakçıların siyahısı

Feniks. Trend:

Trend Beynəlxalq İnformasiya Agentliyi Dövlət Departamentinin dəvəti ilə ABŞ Senatına və Konqresinə aralıq seçkilərini birbaşa işıqlandıracaq.

2022-ci il noyabrın 2-dən noyabrın 10-dək agentliyin xüsusi müxbiri Arizona və Şimali Karolina ştatlarında səsvermə prosesini müşahidə edəcək.

Xarici jurnalistlərin missiyasına 25 ölkədən ən nüfuzlu KİV nümayəndələri daxildir.

Birləşmiş Ştatlarda aralıq seçkilər noyabrın ilk bazar ertəsindən sonrakı çərşənbə axşamı günü, prezidentin dörd illik müddətinin ortasında keçirilən ümumi seçkilərdir. Aralıq seçkilər zamanı ABŞ Nümayəndələr Palatasındakı 435 yerin hamısı və ABŞ Senatındakı 100 yerdən 33 və ya 34-ü doldurulur. Bundan əlavə, ABŞ-ın 50 ştatından 34-ü aralıq seçkilər zamanı öz qubernatorlarını dörd illik müddətə, Vermont və Nyu-Hempşir isə həm aralıq, həm də prezident seçkiləri zamanı iki il müddətinə qubernator seçirlər. Beləliklə, aralıq seçkilər zamanı 36 qubernator seçilir. Bir çox ştatlarda aralıq seçkiləri illərində ştatların qanunverici orqanlarına vəzifəli şəxsləri də seçilirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti