...

Ərdoğanla Putin arasında telefon danışığı olub

Siyasət Materials 18 Noyabr 2022 14:00 (UTC +04:00)
Ərdoğanla Putin arasında telefon danışığı olub
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, görüş zamanı regional məsələlər, xüsusilə Türkiyə-Rusiya münasibətlərindəki inkişaflar və taxıl dəhlizi müzakirə edilib.

Prezident Rəcəb Tayyib Ərdoğan görüşdə Rusiya prezidenti Putinə taxıl ixracı ilə bağlı İstanbul razılaşmasının 120 gün uzadılması ilə bağlı konstruktiv mövqeyinə görə təşəkkür edib.

Rusiya prezidenti Putinin Türkiyədə təbii qaz mərkəzi yaratmaq təklifindən məmnun olduqlarını ifadə edən R.T. Ərdoğan, komandaların ən qısa zamanda ortaq hədəflərə çatması üçün lazımi texniki, hüquqi və ticari qiymətləndirmələri edəcəklərini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti