...

Brüsseldə Avropa Jurnalistika Simpoziumu keçiriləcək - Trend agentliyi dəvət olunanlar sırasındadır

Siyasət Materials 22 Noyabr 2022 15:42 (UTC +04:00)
Brüsseldə Avropa Jurnalistika Simpoziumu keçiriləcək - Trend agentliyi dəvət olunanlar sırasındadır

Bakı. Trend:

Noyabrın 23-də Brüsseldə "EU NEIGHBOURS east" layihəsinin təşkil etdiyi Avropa Jurnalistika Simpoziumu (European Journalism Symposium) start götürür.

Trend-in məlumatına görə, bu tipli ilk böyük tədbir olan bu simpozium Avropa İttifaqı, Cənubi Aralıq dənizi və "Şərq tərəfdaşlığı" ölkələrindən media-menecerləri və jurnalistləri bir yerə toplayacaq.

Azərbaycan tərəfdən bu tədbirdə Trend beynəlxalq informasiya agentliyinin baş redaktoru Emin Əliyev dəvət olunub.

Tədbirdə 25 ölkədən yüzə yaxın spiker iştirak edəcək. Avropa Jurnalistika Simpoziumu ilk dəfə keçirilir. Təşkilatçılar tədbiri ildə iki dəfə keçirmək və simpoziumu jurnalistlərin öz peşəkar problemlərini ictimaiyyət, tədqiqatçılar, siyasi və iqtisadi ekspertlər və fəallarla müzakirə edə biləcəyi məkana çevirmək niyyətindədir.

Simpoziumun proqramına təbliğat və feyk xəbərlərə, jurnalistikaya təhdidlərə, media savadlığına, kiberhücumlara və mətbuat azadlığına həsr olunmuş sessiyalar daxildir. Tədbir IHECS (Sosial kommunikasiyaların araşdırmaları institutu — École de journalisme de Bruxelles) və Fransanın "Journalisme & Citoyenneté" assosiasiyası tərəfindən təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti