...

Fars rejiminin fəaliyyəti onu göstərir ki, bu şəxslərin idarə etdiyi dövlət müsəlman dünyasının üz qarasıdır - Şahin İsmayılov

Siyasət Materials 4 Fevral 2023 11:04 (UTC +04:00)
Fars rejiminin fəaliyyəti onu göstərir ki, bu şəxslərin idarə etdiyi dövlət müsəlman dünyasının üz qarasıdır - Şahin İsmayılov

Bakı. Trend:

İrana rəhbərlik edən fars rejiminin fəaliyyəti onu göstərir ki, bu şəxslərin idarə etdiyi dövlət müsəlman dünyasının üz qarasıdır. Eyni zamanda bu ölkənin rəhbərliyi müsəlmanların düşməninə çevrilib. Bunu deməyə kifayət qədər əsas var. Azərbaycan səfirliyində baş verən terror hadisəsi də bunlardan biridir. Həyasızcasına bunun terror olmadığını sübut etməyə çalışırlar. İran rəhbərliyi nəyisə sübut edəcək dərəcədə peşəkar deyil. Yalnız çirkin əməllərin törədilməsində peşəkara çevrilməyi bacarıblar. Bütün dünyada din adı altında özlərinə şəbəkə qurmağa çalışırlar. Təəssüflər olsun ki, İran rəhbərliyi dini hakimiyyətdə qalmaq üçün mexanizm kimi istifadə edirlər. Müsəlmanların ədaləti və müsəlman dövlətlərinin siyasi iradəsi bunu onların ürəyində arzu olaraq saxlayacaq. Qısa olaraq onu deyə bilərik ki, İran rəhbərliyi öz sonunu yaxınlaşdırır.

Terrorçunu xalq qəhrəmanı kimi qoruyan hakimiyyətdən nə gözləmək olar?! Bu İranın ilk performansı deyil. Molla-fars rejimi dünyada siyasi savadsızlıq, vicdansızlıq və din pərdəsi altında çirkin əməllərin müəllifi kimi yadda qalıb. İranın bu davranışını iki cür qiymətləndirmək olar. Ya, bu ölkənin ordusu və siyasi gücü kimi hüquq mühafizə orqanları da yox səviyyəsindədir. Ya da ki, ölkə rəhbərliyi başını itirib, nə etdiyini bilmir. Nə qədər çirkin siyasət aparsalar da burada iç üzlərini açıq-aydın göstərirlər.

Azərbaycanın diplomatik nümayəndələri bir neçə gün əvvəl zəlzələdən zərər çəkən soydaşlarımıza humanitar yardım göstərilə biləcəyini, İranın isə buna mane olmasını bildiriblər. Baş verən təbii fəlakətin qarşısında aciz qalan İran öz vətəndaşlarını siyasi oyunlara qurban vermək istəyir. Bunu incələyəndə onların hansı mənəviyyat sahibi olduğu görünür. Azərbaycanın səbir kasası daşanda soydaşlarımızı bu zülümdən xilas edəcək. İran hakimiyyətinin insanlara zülm etməsini dünya ictimiayyəti görür. Bunu törədənlər cəzalarını mütləq çəkəcəklər. Azərbaycan Prezidentinin həyata keçirdiyi düzgün siyasətin sayəsində ölkəmiz öz soydaşlarını müdafiə edəcək qədər güclü dövlətə çevrilib.

Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov

Xəbər lenti

Xəbər lenti