...

Ermənistan hələ də öz silahlı qüvvələrini suveren Azərbaycan ərazilərindən tam olaraq çıxarmayıb - XİN

Siyasət Materials 19 Mart 2023 17:38 (UTC +04:00)
Ermənistan hələ də öz silahlı qüvvələrini suveren Azərbaycan ərazilərindən tam olaraq çıxarmayıb - XİN

Bakı. Trend:

Ermənistan hələ də öz silahlı qüvvələrini suveren Azərbaycan ərazilərindən tam olaraq çıxarmayıb.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan əleyhinə 18 mart tarixli bəyanatına dair şərhində bildirilib.

"Ermənistan tərəfi hələ də Üçtərəfli bəyanata zidd olaraq, öz silahlı qüvvələrini suveren Azərbaycan ərazilərindən tam olaraq çıxarmayıb, Üçtərəfli bəyanat imzalanarkən verdiyi vədə baxmayaraq, Qazax rayonunun 7, Sədərək rayonunun 1 kəndi daxil olmaqla, bir sıra yaşayış məntəqələri və əraziləri işğal altında saxlamaqda davam edir. Delimitasiya prosesinin Sovet xəritələri əsasında təşkilini təklif edən Ermənistanın bu kəndləri Azərbaycan yaşayış məntəqələri kimi qəbul etməməsi isə digər bir pozuntu və Ermənistanın niyyətinin saxta olduğunun göstəricisidir", - deyə A.Hacızadə vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti