...

Azərbaycan və Tacikistan arasında birgə Hökumətlərarası komissiyanın tərkibində dəyişiklik edilib - Sərəncam

Siyasət Materials 5 Aprel 2023 10:35 (UTC +04:00)
Azərbaycan və Tacikistan arasında birgə Hökumətlərarası komissiyanın tərkibində dəyişiklik edilib - Sərəncam

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 fevral tarixli 2667 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Dəyişikliyə əsasən Komissiyanın həmsədri ekologiya və təbii sərvətlər naziri olacaq. İndiyə qədər həmsədr kənd təsərrüfatı naziri idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti