...

Azərbaycan XİN vətəndaşlarımızın İranda saxlanılması məsələsini araşdırır

Siyasət Materials 14 Aprel 2023 23:09 (UTC +04:00)
Azərbaycan XİN vətəndaşlarımızın İranda saxlanılması məsələsini araşdırır

Bakı. Trend:

İrana müalicə üçün gedən azərbaycanlılar - Naxçıvanın Şərur rayon sakinləri Vüsal Quliyev və Rövşən Seyidin bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə mətbuatda məlumat yayılıb.

Azərbaycan Xarici İşlər Nazirliyindən cümə günü bununla bağlı Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bu məsələ araşdırılır.

"Hazırda heç bir məlumat yoxdur", - deyə XİN-dən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti