...

Ərdoğan Şimali Kipr Prezidenti ilə görüşüb (FOTO)

Siyasət Materials 12 İyun 2023 16:58 (UTC +04:00)
Ərdoğan Şimali Kipr Prezidenti ilə görüşüb (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasına (ŞKTC) səfərə gedib.

Trend-in məlumatına görə, Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasının (ŞKTC) prezidenti Ersin Tatarla görüşüb.

Türkiyə Prezidentinin Şimali Kipr Türk Respublikasına səfəri zamanı ikitərəfli əlaqələrlə bağlı bütün istiqamətlərdə atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılacaq, Adada baş verənlər regional və qlobal ölçüləri ilə ətraflı şəkildə müzakirə ediləcək.

Qeyd edək ki, bu R.T.Ərdoğanın yenidən prezident seçildikdən sonra ilk xarici səfəridir. Növbəti səfəri isə Azərbaycana olacaq.

Xatırladaq ki,Türkiyədə prezident və parlament seçkiləri 14 may tarixində, prezident seçkilərinin ikinci turu isə 28 may tarixində keçirilib.

28 may tarixində keçirilən ikinci tur prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 52,18 səslə qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti