...

Bunun üçün dövlət proqramı hazırlanıb - Prezidentin xüsusi nümayəndəsi

Siyasət Materials 2 Oktyabr 2023 17:09 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Son 3 ilin təcrübəsinə əsasən deyə bilərəm ki, Qarabağ iqtisadi zonasında atılan addımlar səmərəli olub.

Trend xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Məskunlaşma günü” ilə bağlı forumda çıxışı zamanı deyib.

O bildirib ki, biz əsas maraqlı tərəfləri, münaqişənin təsirinə məruz qalan məqamları müəyyənləşdirməliyik.

"Daha sonra bərpa-yenidənqurma işlərinə cəlb ediləcəkləri, ərazilərə köçürüləcək şəxsləri müəyyən etməliyik və onların maraqlarına xidmət etməliyik. Bütün bunlar təhlil və araşdırmaların nəticəsi kimi qərarlaşmışdır. Bunun üçün dövlət proqramı hazırlanıb. Bu proqram özündə müfəssəl yol xəritəsi ehtiva edir. Orada hansı qurumlar, harada, nə zaman, hansı fəaliyyətləri göstərəcəyi öz əksini tapıb. Bunların nəticəsində də əldə ediləcək yekun məsələlər də öncədən planlaşdırılıb. Belə ki, hadisələr öz cığırından çıxa bilir. Belə anlar olduqda biz baş verən hadisələrin detallarını nəzərə almalıyıq. Risklər də gözönündə tutularaq tədbirlər görlüməlidir",-deyə E.Hüseynov bildirib.

O həmçinin qeyd edib ki, ən mühüm məsələ qarşılıqlı məlumatlandırma olmalıdır.

"Hazırda bərpa prosesində spesifik məlumatlar yoxdur. Bəzən geri qayıdıb gələcək layihələr üçün nələrisə dəyərləndirmək lazımdır. Bu gələcəkdə icra ediləcək layihələrin daha da mükəmməl olması üçün önəmlidir. Biz ciddi şəkildə bu qaydalara, kordinasiyaya önəm veririk",- deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti