...

Prezident İlham Əliyev Azərbaycan cəmiyyətini ümumi inkişaf məqsədləri ətrafında birləşdirib - Sergey Markov

Siyasət Materials 17 Yanvar 2024 16:03 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan cəmiyyətini ümumi inkişaf məqsədləri ətrafında birləşdirib - Sergey Markov
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev güclü siyasi liderliyi və yaxşı təhsil, yüksək intellekt, güclü iradə, geniş dünyagörüşü və xeyirxahlıq kimi xüsusiyyətləri ilə Azərbaycan cəmiyyətini ümumi inkişaf məqsədləri ətrafında müvəffəqiyyətlə birləşdirib.

Bu barədə Trend-ə Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov deyib.

"İlham Əliyev prezidentliyi müddətində Azərbaycan üçün bir çox mühüm məsələləri müvəffəqiyyətlə həll etməyə nail olub. O, ilk növbədə, Qarabağ bölgəsinə tam qayıdış strategiyasını işləyib uğurla həyata keçirdi. Bu mühüm addım Azərbaycanın mühüm qələbəsi oldu və bütün dünyada tanındı", - rusiyalı politoloq deyib.

Onun sözlərinə görə, bu məsələnin həllində mühüm məqamlardan biri güclü və müasir ordunun yaradılması və bu ordunun həm 2020-ci ildəki 44 günlük müharibədə erməni ordusunu darmadağın etməsi, həm də 2023-cü ildəki lokal xarakterli antiterror tədbirləri zamanı öz effektivliyini nümayiş etdirməsi olub.

Sergey Markov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən daha bir mühüm məsələ Azərbaycanın güclü iqtisadiyyatının qurulması və bu sayədə bəzən ildə 30 faizə çatan iqtisadi artımın təmin edilməsi, həmçinin, müxtəlif sektorlarda, o cümlədən, neft-qaz sahəsində və digər sahələrdə sabitliyin nümayiş olunmasıdır.

O bildirib ki, Prezident İlham Əliyevin ölkədə yaratdığı güclü siyasi sabitlik, o cümlədən, Azərbaycan cəmiyyətinin ümumi inkişaf məqsədləri və Qarabağ bölgəsinə qayıdış məsələləri ətrafında birləşməsini təmin edib.

Politoloqun sözlərinə görə, Prezident İlham Əliyevin uğurla həll etdiyi daha bir məsələ Avropa tipli institutlara malik müasir cəmiyyəti və ənənələrə dərin hörməti əks etdirən multikultural cəmiyyətin formalaşması olub. Bundan başqa, politoloq qonşu ölkələrlə, Türkiyə kimi mənən yaxın ölkələrlə, islam dünyası, post-sovet məkanındakı ölkələrlə qarşılıqlı əlaqələrin də fərqləndirici xüsusiyyət olduğunu əlavə edib.

Sergey Markov müasir dövrün görkəmli dövlət xadimi olan Prezident İlham Əliyevin, həmçinin, güclü diplomat olduğunu vurğulayıb. Azərbaycanın dövlət başçısı müxtəlif ölkələrlə, o cümlədən, aralarında münaqişə yaşayan konstrukiv münasibətlər qurmaqla diplomatiya sahəsində böyük işlər görüb. Bu, həm Rusiya və ABŞ ilə münasibətlərə, həm də Avropa İttifaqı ölkələrinə aiddir.

"Türkiyə-Rusiya münasibətlərində münaqişə dövründə şəxsən Prezident İlham Əliyevin iki ölkə arasında dostluq əlaqələrinin bərpa olunmasında mühüm rol oynadığını xüsusən qeyd etmək lazımdır", - deyə o sonda deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti