Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı baş tutub.
Bu barədə Trend yerli mətbuata istinadən xəbər verir.
Telefon danışığında Türkiyə ilə ABŞ arasındakı əlaqələr, Qəzza məsələsi, eləcə də regional və qlobal hadisələr müzakirə edilib.