...

Dünyada cəmi 2 lider var: Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev - Şamil Ayrım

Siyasət Materials 11 Aprel 2025 15:58 (UTC +04:00)
Dünyada cəmi 2 lider var: Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev - Şamil Ayrım
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Antalya. Trend:

Dünyada cəmi 2 lider var: Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev.

Trend xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Türkiyədə keçirilən 4-cü Antalya Diplomatiya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Dünyada demək olar ki, lider qalmayıb. Dünyada cəmi 2 lider var: biri Rəcəb Tayyib Ərdoğan, digəri isə Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev. Nöqtə" - o bildirib.

ATƏT-in Minsk Qrupu məsələsinə toxunan Ş.Ayrım qeyd edib ki, Minsk Qrupu özünü buraxmalıdır.

"Azərbaycan-Ermənistan məsələsi artıq sonlanmaq üzrədir, sülh müqaviləsi hazırlanıb. Ermənistanın Konstitusiyasında Azərbaycanın Qarabağ bölgəsinin, Türkiyənin şərqindəki bəzi ərazilərin bu ölkəyə bağlı olduğunu ifadə edən, “Böyük Ermənistan arzusu”na çağırış edən cümlə var. Bunlar ali sənəddən çıxarılmalıdır. Konstitusiyasında başqa dövlətin ərazisində gözü olan bir ölkə ilə sülhə nail olmaq mümkün deyil. ATƏT-in Minsk Qrupu 30 il Ermənistanın bir sıra qətliamlarına göz yumub. Minsk Qrupu özünü buraxmalıdır. Bu iki məsələ önəmlidir", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti