...

Azərbaycanın müstəqil xarici siyasəti və dost ölkələrin dəstəyi sayəsində Qərbin planları iflasa uğradı - Ceyhun Bayramov

Siyasət Materials 13 Aprel 2025 17:23 (UTC +04:00)
Azərbaycanın müstəqil xarici siyasəti və dost ölkələrin dəstəyi sayəsində Qərbin planları iflasa uğradı - Ceyhun Bayramov
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın müstəqil xarici siyasəti və dost ölkələrin, xüsusən də qardaş Türkiyənin dəstəyi sayəsində Qərbin planları iflasa uğradı.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın xarici işləri naziri Ceyhun Bayramov Antalyada “Anadolu Agentliyi”nə müsahibəsində bildirib.

O xatırladıb ki, ATƏT-in Minsk Qrupuna ABŞ, Fransa və Rusiya həmsədrlik edir və bu üç ölkə problemin həlli üçün zamanında heç bir əməli addım atmayıb.

“Onlar işğala son qoyması üçün Ermənistana heç bir təzyiq göstərməyiblər. Həm işğalçıya, həm də torpaqları işğal edilən tərəfə eyni mesajı verdilər. İkinci Qarabağ müharibəsi nəticəsində problem həll edildikdən sonra 30 il fəaliyyət göstərməyən Qərb dövlətləri Azərbaycana təzyiq göstərməyə başladılar.

Azərbaycanı ərazi bütövlüyünü təmin etdiyinə görə cəzalandırmağa cəhd etdilər. Bunlardan birincisi Fransa və Fransa prezidenti Emmanuel Makrondur. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında danışıqlar aparmaqla Azərbaycanı cəzalandırmaq istəyirdilər. Avropa İttifaqı Azərbaycana qarşı sanksiyalar tətbiq etmək üçün səy göstərdi. Amma heç birində uğur qazana bilmədilər. Biz onu da görmüşük ki, ABŞ-da da demokratların hakimiyyəti dövründə Ermənistan dəstəklənib”,- deyə nazir bildirib.

C.Bayramov əlavə edib ki, Azərbaycanın haqsızlıqla üzləşdiyi bir vaxtda Qərb Ermənistanın tərəfinə keçdi.

“30 il işğalçıya heç nə demədilər, Azərbaycan ərazi bütövlüyünü təmin edəndə onu cəzalandırmağa, təzyiq göstərməyə çalışdılar. Amma müstəqil xarici siyasətimiz və dost ölkələrin, xüsusən də qardaş Türkiyənin dəstəyi sayəsində Qərbin planları iflasa uğradı”,- deyə nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti