...

SİYASİ MƏHBUSLAR ÜZRƏ IƏTƏNDAŞ NƏZARƏTİ ŞURASI AIROPA ŞURASI MƏRUZƏÇİLƏRİNİ BEYNƏLXALQ MƏHKƏMƏYƏ IERƏ BİLƏR

Siyasət Materials 4 İyul 2005 19:36 (UTC +04:00)

"Azərbaycanda vətəndaş sülhünün bərqərar olması məqsədilə görülən işlərə baxmayaraq, AŞPA-nın Azərbaycan üzrə bəzi məruzəçiləri siyasi məhbus məsələsini rəsmi Bakıyla siyasi alver predmetinə çeviriblər". Trend in məlumatına görə bu fikirlər Siyasi məhbuslar üzrə Iətəndaş Nəzarəti Şurasının qənaətidir. Qurum ölkədə aparılan demokratik islahatlar və beynəlxalq təşkilatların ikili mövqeyi ilə bağlı xüsusi müraciət qəbul edib.

Iətəndaş Nəzarəti Şurası hesab edir ki, İsveçrəli deputat Andreas Qross siyasi məhbus məsələsində qeyri-obyektiv mövqeyinin məqsədi ölkəmizə demokratik cəmiyyətin qurulmasında konstruktiv yardım etmək deyil.

Təşkilatın fikrincə, bu məsələdə A.Qross Azərbaycanda fəaliyyət göstərən bəzi siyasi qüvvələrin dəstəklənməsinə yönələn sırf şəxsi maraqlarını rəhbər tutur. Siyasi məhbuslar üzrə Iətəndaş Nəzarəti Şurası A.Qrossun AŞPA-nın yay sessiyasında iştirak edən bu qurumun nümayəndələrin sifariş yerinə yetirməsi barədə dediklərini qətiyyətlə rədd edib.

Şura Avropa Parlamentinin ayrı-ayrı nümayəndələrindən Azərbaycanda baş verən bu və ya başqa prosesslərin qiymətləndirilməsində daha diqqətli və ehtiyatlı olmağı tələb edib. "Əks halda Siyasi məhbuslar üzrə Iətəndaş Nəzarəti Şurası bu kimi instansiyalardan beynəlxalq məhkəmə müdafiəsinə müraciət etmək hüququnu özündə saxlayır" -deyə bəyan edilib.

Siyasi məhbuslar üzrə Iətəndaş Nəzarəti Şurası özünün siyasi mənsubiyyətinin və hansısa siyasi qüvvələrə aidiyyatının olmadığını vurğulayıb. Bəyanatda qeyd olunur ki, siyasi məhbuslarla bağlı yerli QHT-lərin hazırladıqları siyahılar əksər hallarda bir-biriylə uyğun gəlmir. Bu isə təkcə onların müxtəlif siyasi mövqeyi ilə deyil, həmçinin "siyasi məhbus" anlayışına istədikləri kimi yanaşmalarından irəli gəlir.

Xəbər lenti

Xəbər lenti