...

AZƏRBAYCANLA MİSİR ARASINDA BEŞ YENİ SAZİŞ İMZALANACAQ

Siyasət Materials 16 İyul 2005 11:49 (UTC +04:00)

Azərbaycanla Misir arasında beş yeni saziş imzalanacaq. Misirin Azərbaycandakı səfirliyindən Trend agentliyinə verilən məlumata görə, sənədlər əczaçılıq sahəsində, Milli Elmlər akademiyasının arxiv idarələri, dövlət kitabxanaları və s. arasında əməkdaşlığa dair imzalanacaq.

Sazişlərin layihələri hazırlıq mərhələsindədir. Sənədlər son olaraq hər iki ölkənin ekspertlərinin iyulun 25 və 29-da Qahirədə aparılacaq növbəti məsləhətləşmələri çərçivəsində razılaşdırılacaq.

Ekspertlər həmçinin iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının gündəliyini hazırlamalı və razılaşdırmalıdırlar.

Xəbər lenti

Xəbər lenti