...

İLHAM ƏLİYEV: KAZANDA ROBERT KÖÇƏRYANLA GÖRÜŞDƏ HƏR HANSI BİR RAZILAŞMANIN ƏLDƏ OLUNACAĞINDAN DANIŞMAQ TEZDİR

Siyasət Materials 19 Avqust 2005 15:47 (UTC +04:00)
İLHAM ƏLİYEV: KAZANDA ROBERT KÖÇƏRYANLA GÖRÜŞDƏ HƏR HANSI BİR RAZILAŞMANIN ƏLDƏ OLUNACAĞINDAN DANIŞMAQ TEZDİR

"Kazanda Ermənistan prezidenti Robert Köçəryanla görüşün yekunu olaraq hər hansı bir razılaşmanın əldə olunmasından danışmaq tezdir". Trend agentliyinin ATI, telekanalına istinadən yaydığı xəbərə görə, belə bir bəyanatla avqustun 19-da İsmayılıl şəhəhrində jurnalistlərlə görüşü zamanı Azərbaycan prezidenti İlham Əliyev çıxış edib.

"Bu mövzu barədə danışmaq hələ tezdir", - deyə prezident İlham Əliyev qeyd edib və eyni zamanda bildirib ki, hər hansı bir razılaşmanın əldə olunacağına ümid həmişə mövcuddur.

Eyni zamanda, dövlət başçısı bildirib ki, qarşhıdakı görüşlərin gedişində artıq məlum olan ölkənin ərazi bütövlüyü kimi prinsiplər saxlanılacaq", - İlham Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti