...

RƏCƏB TAYİB ƏRDOĞAN: CEYHAN LİMANI "ENERJİ DAŞIYICILARININ SUPERMARKETİNƏ" ÇEVRİLƏCƏK

Siyasət Materials 3 Sentyabr 2005 12:15 (UTC +04:00)

İtaliyayada səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan enerji daşıyıcıları sahəsində Ankarının strateji planları ilə bağlı bəyanatla çıxış edib. Trend in "TRT" telekanalına istinadən xəbər verdiyinə görə, R.T.Ərdoğan Milanda bəyan edib ki, Türkiyə hökuməti Ceyhan limanını "enerji daşıyıclarının satış mərkəzinə" çevirmək niyyətindədir. Bu isə Bosfor və Dardanel boğazlarında "ekoloji qəza riskini" azaltmağa imkan verəcək.

"Bu gün həmin boğazlardan keçən tankerlər bilavasitə ekoloji təhlükə yaradır ki, bu da Ankaranı enerji daşıyıcılarının alternativ nəqli yollarını axtarmağa sövq edir. Bu istiqamətdə görülən işlər Türkiənin strateji prioritetidir", - deyə nazir qeyd eib.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan və Kərkük-Yumurtalıq neft kəmərləri ilə yanaşı, sonda Ceyhan limanını "enerji dayşıcılarının supermarketinə" çevirəcək və "boğazlarda mümkün təhlükəni aradan qaldıracaq Samsun-Ceyhan kəmərinin tikintisi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti