...

"EXİT POL"U 3 MİN XARİCİ İNTERVYUER KEÇİRƏCƏK

Siyasət Materials 5 Oktyabr 2005 20:09 (UTC +04:00)

"Xaricdən gələcək 3 min intervyuer Azərbaycanda keçiriləcək "exit-pol"da iştirak edəcək". Bu barədə Trend ə Müqayisəli Sosial Tədqiqat İnstitutunun (MSTİ) direktoru Vladimir Andreenko bildirib.

Onun sözlərinə görə intervyuerlər seçkilərin keçiriləcəyi 1448 seçki məntəqəsində fəaliyyət göstərəcəklər: "Seçkilər başlayan saatdan qurtaranadək bizim intervyuerlər müəyyən olunmuş hər yeddinci seçiciyə yaxınlaşıb "exit-pol"u keçirəcək. Ola bilər ki, həmin seçici anketi doldurmaqdan imtina etsin. Buna baxmayaraq rəqəm dəyişməyəcək, intervyuer növbəti yeddinci seçiciyə yaxınlaşacaq".

"Exit-pol"u keçirməkdə onlara kömək edəcək yerli təşkilatların nümayəndələrinin də iştirakının vacibliyini vurğulayan MSTİ-nin direktoru qeyd edib ki, hər bir məntəqədə xüsusi nəzarətçilər də yerləşdiriləcək: "Nəticələr hər bir məntəqə üzrə hesablanıb mərkəzə göndəriləcək. Sonradan bizim tətbiq etdiyimiz metodologiyaya uyğun olaraq nəticələr ictimaiyyətə açıqlanacaq".

V.Andreenko onu da qeyd edib ki, 3 min intervyuer yalnız kənardan gələcək. Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri də bura əlavə edilərsə onda bu rəqəm 3500-ü ötə bilər.

Xəbər lenti

Xəbər lenti