...

Rəsul Quliyevin yaxın ətrafı onun Bakıya qayıtmaq istəyini istisna etmir

Siyasət Materials 20 Oktyabr 2005 16:18 (UTC +04:00)

Oktyabrın 20-də Simferopol şəhərinin Jeleznodorojnı rayon məhkəməsinin qərarı ilə azadlığa buraxılmış Rəsul Quliyevin yaxınları onun Bakıya qayıtmaq istəyini istinsa etmirlər. Bu barədə Trend ə "NTV" telekanalının Krımdakı nümayəndəliyindən ADP sədrinin yaxın ətrafına istinadən xəbər verilib.

Qanında şəkərin miqdarının artması ilə əlaqədar R.Quliyevin məhkəmə iclasından sonra dərhal xəstəxanaya yerləşdirilməsi də nümayəndəlikdə təsdiqlənib. Lakin ADP sədri Kiyevə gedərək ukraynalı siyasətçilərlə görüşmək qərarına gəlib. O, Kiyevə Bakı vaxtı ilə saat 16:00-da uçacaq.

"R.Quliyevin qohumlarının bildirdiyi kimi, o, Kiyevdən Bakıya gələcək. Lakin ADP sədri bu barədə heç bir bəyanatla çıxış etməyib", - deyə nümayəndəlikdən qeyd edilib.

Xəbər lenti

Xəbər lenti