...

Marko Barsotti: UNDP Azərbaycan müəllimlərinin peşə ixtisasının artırılmasına yönəldilmiş istənilən addımı dəstəkləməyə hazırdır

Siyasət Materials 28 Oktyabr 2005 13:05 (UTC +04:00)
Marko Barsotti: UNDP Azərbaycan müəllimlərinin peşə ixtisasının artırılmasına yönəldilmiş istənilən addımı dəstəkləməyə hazırdır

BMT-nin İnkişaf Fondu (UNDP) Azərbaycan müəllimlərinin peşə ixtisasının artırılmasına yönəldilmiş istənilən addımı dəstəkləməyə hazırdır. Belə bəyanatla oktyabrın 28-də "Azərbaycanın ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təmin olunması" layihəsinin həyata keçirilməsinə dair sazişin imzalanması mərasimində UNDP-nin Bakıdakı rezident-əlaqələndiricsi Marko Barsotti çıxış edib.

O qeyd edib ki, respublikanın orta məktəblərinin kompüterləşdirilməsi ilə yanaşı, "müəllimlərin informasiya təminatını yüksək səviyyəyə çatdırmaq lazımdır", - deyə o qeyd edib. M.Barsotti, həmçinin, treninqlərin keçirilməsinin vacibliyini də vurğulayıb.

"Bu gün treninqlərdə 4 340 müəllim iştirak edib. Onların keçirilməsi üçün Təhsil Nazirliyi tərəfindən 100 mütəxəssis hazırlanıb ki, bu da ölkənin təhsil sisteminin inkişafında böyük əhəmiyyət kəsb edir", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti