...

MDB hökumət başçıları Şurası 30-dan artıq məsələni müzakirə edəcek

Siyasət Materials 21 Noyabr 2005 13:00 (UTC +04:00)

Noyabrın 25-də Moskvada MDB hökumət başçıları Şurasının növbəti iclasında 30-dan artıq məsələ müzakirəyə çıxarılacaq. Bu barədə Trend ə Azərbaycan Nazirlər Kabinetindən məlumat verilib.

Onların arasında Birlik dövlətlərinin ümumi elektrik enerjisi bazarının formalaşdırılması, MDB daxili bazarının irəliləməsi və üçüncü ölkələrin bazarında milli məhsul istehsalçıları tərəfindən istehsal edilən (2010-cu ilədək olan dövrdə) rəqabətədözümlü məhsulların üzrə orta təcili tədbirlər kompleksi barədə məsələlər də var. İclasın gündəliyinə həmçinin, sərhədyanı əməkdaşlıq konvensiyası və təbii və texnogen xarakterli fbvqəladə vəziyyətlər üzrə Dövlətlərarası Şuranın Əsasanaməsinə əlavıə və dəyişikliklərin edilməsi barədə məsələlər də daxil edilib.

MDB ölkələri hökumət başçılarının Şurasının icxlasının gedişində müzakirə olunmadan 25 sənədin imzalanması təklif olunur. Onların arasında texniki reqlamentlərin harmonizasiyası; xarici ticarətdə gömrük statistikasının vahid metodologiyası; gənclərlə iş sahəsində əməkdaşlıq barədə razılaşma və s. mövcuddur. İmzalanmağa hazırlanan sənədlərin əhmiyyətli hissəsi müdafiə xarakterlidir və hüquq-müdafiə orqanlarının qarşılıqlı problemlərinə aiddir. Bu arada dövlətlərin insan alveri, orqanları və insan toxumalarının alverinə qarşı mübarizə; avtonəqliyyat vasitələrinin oğurlanması ilə mübarizə və onların qaytarılmasının təmin edilməsi; mütəşəkkil cinayətkarlıqla mübarizənin əlaqələndirmə bürosu və cinayətlərin digər təhlükəli metodları ilə mübarizə barədə sənədlərin müzakirəsiz imzalanması gözlənilir.

İclasda Azərbaycanı baş nazir Artur Rasizadə təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti