...

Müsavat, AXCP (i), AMİP, ADP və Milli Birlik Hərəkatı bir blokda birləşə bilər

Siyasət Materials 28 Yanvar 2006 11:18 (UTC +04:00)

"Azadlıq" blokuna daxil olan Müsavat, Azərbaycan Xalq Cəbhəsi (AXCP) (islahatçılar), Azərbaycan Demokrat Partiyası (ADP), Milli Birlik Hərəkatı və Əli Əliyevin rəhbərlik etdiyi Azərbaycan Milli İstiqlal Partityası bir blokda təmsil olunmaq barədə ilkin razılığa gəlib. Bu barədə Trend ə Əli Əliyev bildirib.

Ə.Əliyev qeyd edib ki, təşəbbüs AXCP sədri Əli Kərimlidən gəlib. Artıq blokun gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirən sənəd imzalanmaq üçün tərəflərə təqdim olunub: "Məndə olan məlumata görə, AXCP ilə ADP sənədi qəbul edib. Milli Birliklə Müsavat Partiyası hələ qəti söz deməyib. Biz isə Mərkəzi Şuranın iclasında sənədi müzakiə edəcəyik".

Ə.Əliyev onu da vurğulayıb ki, sənəd normal şəkildə tərtib olunub və indiki siyasi dövrə uyğundur. Sənədin fevralda imzalanacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti