...

Vəhdət Partiyasının Siyasi Şurası iqtidarla dialoq aparılması ilə bağlı qərar qəbul edib

Siyasət Materials 14 Fevral 2006 15:43 (UTC +04:00)

Vəhdət Partiyasının Siyasi Şurasının fevralın 14-də keçirilən toplantısında partiyanın iqtidarla dialoqa getməklə bağlı məsələsi müzakirə edilib. Trend xəbər verir ki, toplantıda partiyanın iqtidarla dialoqa getməsi Siyasi Şura üzvləri tərəfindən dəstəklənib.

Qərara alınıb ki, bu istiqamətdə hazırlıq işləri görülsün. Qərarın yerinə yetirilməsi və iqtidarla danışıqların aparılması partiyanın sədri Tahir Kərimliyə tapşırılıb. T.Kərimli isə prosesin gələcəkdə necə tənzimlənəcəyi barədə hələlik heç bir məlumat verməyib. O, bildirib ki, yaxın günlərdə iqtidarla dialoqun aparılması ilə bağlı qarşı tərəfə müraciət olunacaq.

Xəbər lenti

Xəbər lenti